Azərbaycanda uşaqlara pornoqrafik videolar göstərən şəxs CƏZALANDIRILDI
İmişli rayonunda azyaşlı qızlara pornoqrafik videolar göstərən şəxsə cinayət işi açılıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu ilin aprel-mart aylarında baş verib.
Rayonun kəndlərindən birində yaşayan 1991-ci il təvəllüdlü Zaur İbişov (şərti) işlədiyi mağazaya alış-verişə gələn 2011-ci və 2013-cü il təvəllüdlü qızlara pornoqrafik videolar göstərib və onlara qarşı digər əxlaqsız hərəkətlər edib.
Övladlarını daim ərzaq almaq məqsədilə mağazaya göndərən azyaşlıların valideynləri məsələdən xəbər tutduqdan sonra polisə müraciət ediblər və 31 yaşlı Zaur məsuliyyətə cəlb edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 153-cü (Əxlaqsız hərəkətlər etmə) maddəsi ilə iş açılıb. Araşdırmalar zamanı məlum olub ki, Z.İbişov ailəlidir və iki azyaşlı övladı var.
Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar bir neçə gün əvvəl İmişli Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Z.İbişova 2 il müddətinə islah işləri cəzası verilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Qayınanası şillə vurduğu üçün arvadını boğdu – Ağstafadakı dəhşətli cinayətin təfərrüatı
Ağstafa rayonunda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Pərviz İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində...
Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı – Təfərrüat
Gəncədə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Mirnəsib Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir...
Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə...
Oğul ona siqaret almayan atasını bıçaqladı
Gəncə şəhərində oğul atasını siqaretə görə bıçaqlayıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini, 1998-ci il təvəllüdlü Mətləb Məmmədov...
Suriyada məhkumlar həbsxananı yandırdılar: Ölənlər var
Suriyanın Hələb əyalətinin Ayn əl-Ərəb həbsxanasında iğtişaşlar baş verib və nəticədə yeddi məhkum həyatını itirib. Bununla yanaşı, onlarla şəxs yanıq...
Qusarda polis əməkdaşlarına müqavimət göstərildi: Saxlanılan var
Qusar rayonu ərazisində kəsici alətlə ictimai qaydanı pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib. DİN-in mətbuat xidmətinin regional qrupundan Cənubtv.Az Oxu.Az-a...
Average Rating