“Caliber”: “Ordumuzun əməliyyatı uğurla başa çatıb, ermənilər 200-dək itki veriblər” – FOTO/VİDEO
“Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Bakı vaxtı ilə saat 9:15-də Azərbaycan ordusunun əməliyyatı uğurla başa çatıb. O, ən qısa müddətdə, ən yüksək peşəkarlıqla və zərgər dəqiqliyi ilə həyata keçirilib (mülki obyektlərə ziyan dəyməyib)”.
Bu barədə “Caliber” “Telegram” kanalı məlumat yayıb.
“Laçın və Kəlbəcər istiqamətində sərhəd hissələrində ən azı potensial olaraq təxribatlar üçün istifadə oluna bilən Ermənistanın bütün hərbi infrastrukturu ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahlarla darmadağın edilib və onun bərpası üçün illər lazımdır. Bizdə olan məlumatlara görə, Ermənistan ordusunun itkiləri 150-200 nəfər təşkil edib, yüzlərlə yaralıları var. İki S-300 hava hücumundan müdafiə sistemi məhv edilib – dəyəri yarım milyard dollardan çox olan avadanlıq dəmir yığınına çevrilib.
Azərbaycan ordusu sərhəd zolağında delimitasiyası keçirilmədiyi məlum olan bir sıra mühüm strateji mövqelərə və yüksəkliklərə nəzarəti təmin edib. Ermənistan ərazisindən keçən bir sıra strateji kommunikasiyalar da vizual formada və atəş nəzarətinə götürülüb.
Qeyd edək ki, Azərbaycanın başqa dövlətin ərazisini işğal etmək niyyəti yoxdur, lakin sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün ən qətiyyətli tədbirlər görüləcək. Şəhidlərimizin qanı yerdə qalmadı, erməni tərəfinə layiqli cavab verildi”, – deyə məlumatda bildirilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
Average Rating