Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə Mingəçevirdə gənclər üçün düşərgə təşkil edilib

Read Time:1 Minute, 12 Second

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) və BMT-nin Qadınlar Agentliyinin (UN Women) təşkilatçılığı və “Forest School Azerbaijan”nın dəstəyi ilə 6-9 sentyabr tarixlərində Mingəçevirdə “Gənclər Qız Uşaqlarının Dəyərinin Təşviqi və Gender Bərabərliyi Uğrunda” gənc oğlanlar üçün düşərgə təşkil edilib.

Düşərgənin keçirilməsində məqsəd gənclərin iştirakçılığı yolu ilə qız uşaqlarına münasibətdə cəmiyyətdə mövcud olan stereotiplərin aradan qaldırılmasına və qız övladının dəyərinin təşviqinə töhfə verməkdən ibarət olub.

Düşərgəyə Qax, Lənkəran, Mingəçevir, Bakı, Sumqayıt, Gəncə, Ağsafa və Tovuzdan 15-18 yaşlı oğlanlar cəlb olunub.

Ümumilikdə 40-dək iştirakçının qatıldığı düşərgə müddətində gənclər üçün “Cins və gender”, “Məsuliyyətli atalıq”, “Gender bərabərliyi”, “Gender əsaslı cins seçimi və gender əsaslı zorakılıq” mövzularında təlimlər keçirilib. Üç günlük proqram çərçivəsində gənclər həmçinin “Forest School” təhsil konsepsiyasına uyğun olaraq müxtəlif sosial, emosional, fiziki və intellektual fəaliyyətlərə qatılıblar.

Düşərgə ərzində təşkil edilmiş təlimlər, debat, teatr və digər fəaliyyətlərdə iştirak etmiş gənclərə sertifikat və hədiyyələr təqdim olunub.

Qeyd etmək lazımdır ki, düşərgə Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı və BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində təşkil edilib. Sözügedən proqramlar Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə icra olunub.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Avropa Liqası: “Qarabağ”ın “Frayburq”la oyun üçün start heyəti AÇIQLANDI
Next post Cəlilabadda qəbul imtahanlarında fərqlənən məzunlar mükafatlandırılıblar
Baraj doluluk oranı 9 mart 2026 : İstanbul’da baraj doluluk oranı yüzde kaç oldu ?. Bize katılarak, güvenli empieza kazançlı bir bahis deneyimi yaşayabilir, sunduğumuz avantajlardan faydalanabilirsiniz.