Böyük Britaniya kraliçası II Elizabet vəfat edib – YENİLƏNİB + FOTO
Böyük Britaniya kraliçası II Elizabet vəfat edib.
Səhhətində problem yaranan və bu gün vəziyyəti ağırlaşan monarxın 96 yaşı var idi.
O, Şotlandiyanın Balmoral qəsrində dünyasını dəyişib.
Məlumata görə, kraliçanın bütün ailə üzvləri onun yanında olub.
Kraliyyət ailəsindən verilən rəsmi məlumata görə, Böyük Britaniyanın yeni monarxı Kral Çarlz olacaq.
Kraliçanın ölümü ilə əlaqədar olaraq Britaniyada 10 günlük matəm elan oluub.
Bukingem sarayı üzərində dalğalanan dövlət bayrağı endirilib.
Həmçinin, ölüm xəbərindən sonra London birjasında da ticarət dayandırılıb.
Böyük Britaniya Kraliçası 96 yaşlı II Elizabetin səhhətində problem yaranıb. Həkimlər onun vəziyyətindən narahatdırlar.
Bu barədə Bukingem sarayı rəsmi açıqlama yayıb.
Bildirilir ki, kraliça bir müddət xüsusi həkim nəzarətində olacaq.
BBC-nin öz mənbələrinə istinadla məlumatına görə, taxtın varisi şahzadə Çarlz və şahzadə Uilyam hazırda Şotlandiyaya – kraliçanın yanına yollanıblar.
Həmçinin şahzadə Anna, şahzadə Endryu və şahzadə Edvardın da Balmorala getdikləri bildirilir.
Xatırladaq ki, kraliçanın səhhətində uzun müddətdir ki, problemlər yaranıb. Bu səbəbdən hətta Britaniya tarixində ilk dəfə olaraq o, hökumət başçısını Bukingem sarayında deyil, Balmoralda (Şotlandiyada) təyin etdi.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI – 13.10.2025
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi...
Bakıda 54 yaşlı kişi küçədə öldü
Bakıda 54 yaşlı kişi qəfil ölüb. hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü Müşfiq Çoban oğlu...
Azərbaycanlı tələbə İstanbulda dələduzluqla üzləşib
Azərbaycandan Türkiyəyə oxumağa yollanan 24 yaşlı tələbə Səidə Kərimova fırıldaqçıların hədəfinə tuş gəlib. Cenubtv.az "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki,...
Average Rating