Nazirlikdən kanalizasiya sularının dənizə axıdılması ilə bağlı AÇIQLAMA
Ekologiya və Təbii Sərvətlər Nazirliyi paytaxtda kanalizasiya sularının dənizə axıdılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində tullantı sularının dənizə axıdılması ilə bağlı quruma daxil olan şikayət araşdırılıb:
“Sözügedən əraziyə keçirilən baxış zamanı ərazidə formalaşan çirkab suların yağış sularının idarə olunması üçün nəzərdə tutulan boru vasitəsilə dənizə axıdıldığı müəyyən olunub.
Mütəxəssislər tərəfindən boru xəttindən axan sudan mikrobioloji təhlillərin aparılması üçün nümunələr götürülüb. Analizlərin nəticələrinə uyğun olaraq tərəfimizdən müvafiq tədbirlər görüləcək”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating