“Caliber”: “Laçında 451 dərəcə: 1992-2022-ci illərin erməni talanları” – VİDEO

Read Time:1 Minute, 18 Second

Qeyri-qanuni məskunlaşan ermənilər Azərbaycanın Laçın şəhərini və yaxınlıqdakı Zabux kəndini ay sonuna qədər tərk etməlidirlər. Bu, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatına tam uyğun olaraq, avqustun əvvəlində Laçın yoluna alternativ marşrutun istifadəyə verilməsindən sonra ortaya çıxan yeni reallıqdır. Amma görünür, ermənilər bunu qəbul etməyə tələsmirlər…

Yanğın, od və alov – Laçın, Zabux və ətraf indi belə görünür. Burada özlüyündə Rey Bredberinin “Farengeyt 451” romanı ilə paralellər yaranır. Xatırladaq ki, onun baş qəhrəmanı yanğını söndürməyən, əksinə ətrafdakı hər şeyi yandıran yanğınsöndürəndir. Yeganə əhəmiyyətli fərq ondadır ki, orada baş qəhrəman Qay Montaq nəhayət ki, ayılır, lakin bir çox ermənilər bundan uzaqdırlar…

Yeri gəlmişkən, xatırladaq ki, ermənilər Laçını ikinci dəfədir yandırıblar: 1992-ci ilin mayında Laçın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra əcnəbi jurnalistlər orada talanların və yanğınların şahidi oldular. Onların məlumatına görə, Ermənistandan Laçına axın edən qarətçilər evləri yandırmazdan əvvəl mal-qara da daxil olmaqla dəyərli hər şeyi aparıblar. Ağzına qədər mebel və məişət əşyaları ilə doldurulmuş yük maşınları və minik avtomobilləri Ermənistana tərəf yollanırdı və iri kolonlar yolda tıxaclar əmələ gətirirdilər. Bir neçə ay sonra şəhəri ziyarət edən kanadalı jurnalist Daniel Brok şəhərin tamamilə yerlə bir edildiyini, heç bir binanın, evin, məktəbin, hətta avtobus dayanacağının salamat qalmadığını qeyd etmişdi. Jurnalist Robert Silinin 1992-ci ilin mayında “The Times”da dərc edilən materialında da Laçın və Zabuxun Ermənistan tərəfindən qeyri-qanuni işğalı, yandırılması və talan edilməsindən danışılıb, həmçinin işğaldan sonra Yaxın Şərqdən ermənilərin bura köçürülməsinə başlanıldığını bildirib.

Daha ətraflı “Caliber”in “YouTube” kanalında yayımlanan “Laçında 451 dərəcə: Erməni talanı 1992-2022” süjetində:

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Kəmaləddin Heydərov yanğın baş verən əraziyə gedib, xüsusi müşavirə keçirib
Next post Azərbaycanda son sutkada 499 nəfər koronavirusa yoluxub – FOTO
陳元溢 風水 命理. (this is fitness channel to motivate you to achieve your.