Qarpız daşıyan “Qazel” qadını vuraraq aşdı
Saatlıda qarpız daşıyan “QAZ-33021” markalı yük avtomobili aşıb.
Hadisəyə səbəb ana və uşağının piyada keçidi olmayan yoldan keçməsi olduğu qeyd edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Cənubtv.az Oxu.Az-a isdinadən bildirib ki, hadisə Saatlı rayonunda baş verib:
“Sabirabad rayon sakini S.Əmrahov idarə etdiyi “QAZ-33021” markalı yük avtomobili ilə rayon ərazisində hərəkətdə olarkən yolu keçmək istəyən bir qadını vurub. Daha sonra idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsi yol kənarına aşıb.
Hadisə zamanı sürücü heç bir xəsarət almayıb, qadının isə müayinə zamanı yüngül xəsarətlər alması müəyyən edilib. Müayinədən sonra həmin qadın evə buraxılıb”.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating