DİN-dən yerli sakinlərin Laza kəndində yolu bağlaması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO
Qəbələ rayonu Laza kəndində sakinlərin yolu bağlaması ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, Qəbələ rayonunun Laza kəndində yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub və buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübahisə yaranıb.
Əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.
Həmin vaxt hər hansısa bir insident qeydə alınmayıb.
İlhamə Əbülfət
18:22
Qəbələnin Laza kəndində yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıblar.
Hadisə avqustun 14-də baş verib.
Kəndə turist kimi gələn şəxslərin qarşısını kəsən sakinlər onlardan avtomobildən istifadə etməməyi tələb ediblər.
Bu addımı isə kənd yollarında yaranan sıxlığına görə atdıqlarını deyiblər.
Daha ətraflı Baku TV-nin süjetində:
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? – VİDEO
Son günlər sosial şəbəkələrdə kiçik ölçüləri və fərqli görünüşü ilə seçilən avtomobillər böyük marağa səbəb olub. Cenubtv.Az Baku TV-yə istinadən...
“Qara duman” yaradan avtobusla bağlı tədbir görüldü – VİDEO
Bakıda Mərdəkan şosesində hərəkət edən avtobusun aşırı dərəcədə qara tüstü buraxması ilə bağlı rəsmi açıqlama verilib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən...
Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olunub – VİDEO
Bakıda hərəkətin intensiv olduğu yola oyuncaq nəqliyyat vasitəsi ilə çıxaraq həm özünün, həm də digər sürücü və piyadaların həyatı üçün...
Həbs olunduğu deyilən Leyla Əhmədova haradadır?
Modelyer Leyla Əhmədova ev dustaqlığındadır. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qərar bu gün Xətai Rayon Məhkəməsi tərəfindən...
Xırdalanda şüşə balkon qırıldı, qadının başına töküldü – VİDEO
Xırdalanda eyvandan başına şüşə tökülən şəxsin vəziyyəti açıqlanıb. Bu barədə Cenubtv.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib. Qeyd olunub ki,...
Bakıda yaşayış kompleksində təhlükəli vəziyyət: Məsuliyyətsizlik faciə ilə nəticələnə bilər – VİDEO
Yasamal rayonu, 593-cü məhəllə, Həsənbəy Zərdabi küçəsi, 72 ünvanında yerləşən "Elit" və "3 Tac" yaşayış komplekslərinin həyətində təhlükəli vəziyyət iki ildir...
Average Rating