Azərbaycanda qız 15 yaşında hamilə qaldı: Əsgər həbs edildi
Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri xidmətini başa vurmadan həbs edilib.
Cenubtv.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 18 yaşlı Ə.X. hərbi xidmətə yola düşməzdən əvvəl 14 yaşlı qızla cinsi əlaqədə olmaqda və seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinib.
Hadisə Azərbaycanın rayonlarından birində baş verib. Ə.X. ilə A.A. məktəbdə tanış olublar. Həmin vaxt oğlan 9, qız 6-cı sinifdə oxuyub.
İstintaqla müəyyən edilib ki, Ə.X. qızın 14 yaşından 16 yaşı olana kimi onunla münasibətdə olub. Bu münasibət nəticəsində qız 15 yaşında olarkən hamilə qalıb. Amma cinayətin üstü oğlan hərbi xidmətə gedəndən sonra açılıb. Bu səbəbdən o, xidmətdə olarkən həbs edilib.
Əsgər məhkəmədə əməlini etiraf etsə də, qızla 14 yaşı tamam olana kimi münasibətdə olmadığını deyib. O, həmçinin A.A. ilə sevgili olduğunu, evlənmək istədiklərini bildirib.
Qız özü də məhkəmədə oğlandan şikayətçi olmayıb. Yeniyetmə bu məsələ ilə bağlı atasının şikayətçi olduğunu, özünün isə oğlandan heç bir şikayət və tələbinin olmadığını bildirib. Hazırda 32 həftəlik hamilə olduğunu qeyd edib. Onun qanuni nümayəndəsi olan anası da oğlanın tutulmasının mənasız olduğunu əlavə edib.
Məhkəmə yekunda təqsirləndirilən əsgəri 14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirli bilib. Ona 6 il 6 ay həbs cəzası verilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Tovuzun Qovlar şəhərində ev yanaraq külə dönüb – Video
Tovuz rayonunda ev yanıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Belə ki, birmərtəbəli...
Müəllimin şagirdi döydüyü iddia olunur: Direktor əvəzi “Uşağın nazı ilə oynamayacağıq” dedi – Video
Ağsu şəhər 3 nömrəli tam orta məktəbdə müəllimin şagirdə fiziki zorakılıq göstərdiyi iddia olunur. Baku TV-nin qaynar xəttinə müraciət edən...
Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı – Foto
Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 4-də...
Gəncədə 88 yaşlı qadını bacısı oğlu öldürüb? – Təfərrüat – Video
Gəncədə 88 yaşlı qadının ölümünün təfərrüatı məlum olub. Məlumata görə, Gülsüm Əliyevanın səhhəti oktyabrın 26-da pisləşib. Yaxınları təcili tibbi yardım...
Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi
2025-ci il noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb...
Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? – Təfərrüat – Foto
Şəhid anasının həyatını itirdiyi ağır qəzanın bəzi təfərrüatı məlum olub. Cenbtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Goranboy rayonunun Todan kənd...
Average Rating