78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu

Read Time:1 Minute, 6 Second

Naxçıvanda 78 yaşlı kişi nəvəsinin sevgilisini öldürməyə cəhd edib.

hadisə Şərur rayonunun Çomaxtur kəndində baş verib.

Rayonun Alışar kənd sakini Fəxrəddin Məmmədov (soyad şərtidir – red.) rayon ərazisindəki marketlərdən birində satıcı işləyərkən ora alverə gələn xanımla tanış olub. Bir müddətdən sonra onların arasında sevgi münasibətləri başlayıb və günlərin birində xanım Fəxrəddini yaşadığı evə çağırıb. Qadın gecə saatlarında Çomaxtur kəndində yaşadığı evin həyət darvazasını açıq qoyub və sevgilisindən gecə saat 02 radələrində gəlməsini xahiş edib. Fəxrəddin mağazadan 2 litr pivə alaraq xanımın ora gəlib. O, həyətə daxil olarkən it hürməyə başlayıb. Bu vaxt xanımın babası, 1948-ci il təvəllüdlü Vaqif Rzayev (soyad şərtidir – red.) həyətə çıxıb. Fəxrəddin onu görərək pəncərədən xanımın yatdığı otağa daxil olub. Həyətdə kiminsə olduğunu hiss edən V.Rzayev nəvəsindən şübhələnərək onun yatdığı otağın qapısını döyüb. Lakin xanım qorxusundan qapını açmayıb, Fəxrəddin isə çarpayının altında gizlənib.

Vaqif mətbəxdən bıçaq qotürüb və nəvəsinin otağının qapını qıraraq açıb. O, otaqda kiminsə olduğunu soruşduqda nəvəsi bunu inkar edib. Nəvəsinə inanmayan Vaqif çarpayının altında gizlənən Fəxrəddini aşkarlayıb və ona bədəninin müxtəlif nahiyələrindən 30-dan artıq bıçaq zərbəsi endirərək onu qətlə yetirmək istəyib. Səsə gələn digər ailə üzvləri Fəxrəddini onun əlindən alaraq xəstəxanaya çatdırıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə baba saxlanılaraq istintaqa təhvil verilib.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Rzayev 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Azərbaycanda vulkan püskürdü – FOTO/VİDEO
Next post Dəhşətli qəzadan ANBAAN GÖRÜNTÜ: TIR avtomobilin üzərinə belə aşıb – VİDEO
No coding, no credit card, no experience needed — choose what fits you and get started..