Lənkəranda üç yaşlı uşağa zorakılıq: Ögey ata SAXLANILDI – FOTO/VİDEO
Lənkəran şəhərində üç yaşlı uşağa zorakılıq etməkdə təqsirləndirilən şəxs saxlanılıb.
polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində azyaşlının ögey atası Qismət Əliyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və əməli törətməkdə şübhəli bilinən Qismət Əliyev şübhəli şəxs qismində tutulub.
Hazırda araşdırmalar davam etdirilir.
“Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar”.
Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib.


O bildirib ki, hazırda aidiyyəti qurumlarla birgə uşağın vəziyyətinin qiymətləndirilməsi, həmçinin zəruri tibbi və sosial xidmətlərlə təmin olunması istiqamətində iş aparılır:
“Uşağın mənafeyinin və təhlükəsizliyinin qorunması diqqətdə saxlanılır.
Qeyd olunan prosedurlar yekunlaşdıqdan sonra qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək”.
Aygün Mirakif
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran şəhərində üçyaşlı uşağın zorakılığa məruz qalması barədə məlumat yayıb.
sözügedən hadisə ilə bağlı yayılan məlumat ciddi narahatlıq doğurur:
“Uşaqlara qarşı hər hansı zorakılıq qəbuledilməzdir. Azyaşlının təhlükəsizliyinin təmin edilməsi, səhhətinin bərpası hüquq və mənafelərinin qorunması əsas prioritetdir. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür, uşağın səhhəti və təhlükəsizliyi diqqətdə saxlanılır.
Dövlət Komitəsinə daxil olan məlumata görə, hazırda uşağın səhhəti stabildir. Azyaşlının döyülməsində şübhəli bilinən atalığı ilə bağlı rayon polis şöbəsində təhqiqat araşdırması aparılır. Araşdırmanın nəticələrindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
Eyni zamanda, uşağın anasının valideynlik hüququnun məhdudlaşdırılması məsələsinə rayon icra hakimiyyəti tərəfindən qanunvericiliyə uyğun olaraq baxılır. Ananın psixoloji vəziyyəti ilə bağlı müvafiq psixoloqlar tərəfindən onunla söhbətlər və psixoloji dəstək tədbirləri həyata keçirilir.
Bir daha vurğulamaq istəyirik ki, uşaqların zorakılıqdan qorunması cəmiyyətin hər bir üzvünün məsuliyyətidir. Uşağa qarşı zorakılıq halı və ya belə bir şübhə yarandıqda, dərhal aidiyyəti qurumlara məlumat verilməsinə çalışmaq lazımdır. Uşağın təhlükəsizliyi və üstün mənafeyi hər zaman əsas götürülməlidir”.
Lənkəranda atalığı tərəfindən döyüldüyü iddia edilən üçyaşlı uşağın müalicəsi davam etdirilir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) bu gün səhər saat 5 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Azyaşlıya dəqiqləşdirilməmiş sağ gözaltı nahiyədə, sol qulağında, sifətində və kürək nahiyəsində qançır diaqnozları təyin olunub.
Xəsarət alan azyaşlıya zəruri tibbi xidmətlər göstərilib, müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir.
2023-cü il təvəllüdlü uşaq fiziki zorakılıq nəticəsində aldığı xəsarətlər səbəbindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib hadisə bu gün səhər saatlarında baş verib.
Uşaq xəstəxanada müayinə olunarkən bədənində müxtəlif ağır xəsarət işləri aşkarlanıb. Araşdırmalarla uşağın atalığı tərəfindən zorakılığa məruz qaldığı bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan qeyd edilən faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır. Müvafiq ekspertizalar təyin edilib, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.
![]()
Average Rating