Fəyyaz Xankişiyevin 500 minlik dələduzluqda təqsirləndirilən oğlunun işində YENİLİK

Read Time:57 Second

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən Zamiq Xankişiyevin cinayət işi məhkəmədə yeni tərkibdə araşdırılacaq.

Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki  Bakı Ağır Cinayətlər Məhkəməsində daha əvvəl hakim Elnur Nuriyevin icraatında olan araşdırılan cinayət işi o, Bakı Apellyasiya Məhkəməsinə təyin olunduğuna görə, bundan sonra hakim Kamil Əliyevin sədrliyi ilə istintaq olunacaq.

Yeni tərkibdə keçirilən iclas zamanı təqsirləndirilənə yenidən ittiham aktı elan edilib və ifadələrin dinlənilməsinə başlanılıb.

Növbəti iclas oktyabrın 23-nə təyin edilib.

Xatırladaq ki, Zamiq Xankişiyev zərərçəkmişlərin şikayəti əsasında Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaqa cəlb olunub. Z.Xankişiyev əvvəl həbs edilsə də, sonradan yarım milyon manat civarında ziyanın bir hissəsini ödədiyi üçün barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.

Z.Xankişiyev Cinayət Məcəlləsinin 178.4 (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Onu da qeyd edək ki, əslən İmişlidən olan iş adamı barədə əvvəllər də mediada şikayətlər yayımlanıb.

Onu da qeyd edək ki, təqsirləndirilən şəxs “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Xırdalan stansiyasının rəisi vəzifəsində çalışmış və rüşvət qalmaqalı ilə vəzifəsindən uzaqlaşdırılmış Fəyyaz Xankişiyevin oğludur.

O, bununla yanaşı sosial şəbəkələrdə bahalı avtomobil kolleksiyası olan bir şəxs kimidə tanınıb.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Ağstafada QƏZA: Fəhlələri daşıyan mikrovtobus aşdı
Next post Azərbaycanda vulkan püskürdü – FOTO/VİDEO
Get more website visitors.