Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü
Sumqayıtda qayınatasının evində yaşayan kişi həyat yoldaşını döyüb.
Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində baş verib. Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Murad Zamanov (ad və soyad şərtidir) 2021-ci ildə Vəsilə ilə ailə həyatı qurub. Onların qalmağa yerləri olmadığından Vəsilənin valideynləri ilə birlikdə yaşamağa başlayıblar. Cütlüyün birgə nikahdan iki övladı dünyaya gəlib.
Son günlər Murad evə mütəmadi olaraq sərxoş vəziyyətdə gəldiyindən ailədə mübahisələr yaranıb.
Bir neçə gün öncə Murad gecə saatlarında evə yenə sərxoş vəziyyətdə gəlib və həyat yoldaşı ona irad bildirib. Yaranan mübahisə nəticəsində Murad evin foyesində qayınatasına məxsus çəliyi götürərək, həyat yoldaşına zərbələr endirib. Hadisə nəticəsində qadın xəsarətlər alıb və səsə Vəsilənin valideynləri gələrək onu evdən qovublar.
Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə M.Zamanov saxlanılıb və istintaqa təhvil verilib. Cinayət işinin istintaqı yekunlaşdırılaraq iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər və arvad arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating