“Atama psixoloji təzyiq göstərildi” – Poliqlot Aslan Məmmədzadədən ŞOK İDDİA – VİDEO
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim kimi çalışan Etibar Məmmədovun əmək müqaviləsinə müddəti başa çatmamış xitam verildiyi iddia olunur.
Cənubtv.Az Oxu.Az-a istinadn xəbər verir ki, bu barədə həkimin oğlu, poliqlot Aslan Məmmədzadə məlumat verib. O, atasının işdən çıxarılması zamanı qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirib.
“Atam Etibar Məmmədov uzun müddət həkim-otorinolarinqoloq (LOR) kimi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında çalışıb. İki il əvvəl 65 yaşı tamam olduqda, xəstəxanada kadr çatışmazlığı olduğu üçün baş həkimin xahişi və təklifi ilə müqavilə əsasında fəaliyyətini davam etdirib.
Bu iki il ərzində xəstəxanada rəhbərlik dəyişib və İnsan Resursları şöbəsinin müdiri Elbəy Fətəliyev bu fürsətdən istifadə edərək atamın qarşısına müəyyən şərtlər qoyub. Atam həmin şərtləri qəbul etmədikdə isə onun üçün süni maneələr yaradıb, manipulyasiya edib və psixoloji təzyiq göstərib.
Nəticədə müqaviləsinin bitməsinə hələ altı ay qalmış atamı işdən çıxarıb. İşdən çıxarılma zamanı isə müvafiq prosedurlara və Əmək Məcəlləsinin tələblərinə riayət edilməyib”.
Aslan Məmmədzadə Cenubtv.Az-a bunun ciddi qanun pozuntusu və uzun illər səhiyyə sistemində çalışan həkimə qarşı hörmətsizlik olduğunu bildirib.
“Həkimlik çox şərəfli və məsuliyyətli peşədir. Gənc bir kadrın uzun illər səhiyyəyə xidmət etmiş həkimə bu cür yanaşması qəbuledilməzdir”, – deyə o qeyd edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq və nəticəsi barədə məlumat veriləcək.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Erməni siyasətçi: “Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək”
"Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək". Cenubtv.Az-ın Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbərinə görə,...
Average Rating