Oman sahillərində təhlükəli mənzərə: Dəniz neftə qərq olur – FOTO
Oman sahillərində neft ləkəsi təxminən 390 kvadrat kilometr ərazini əhatə edir.
Cenubtv.Az xəbər verir ki, bu barədə Oman hökuməti məlumat yayıb.
Bildirilib ki, sanksiyalar tətbiq edilən və Rusiya xam neftini daşıyan “Caroline Bezengi” tankerinin zədələnməsindən sonra Oman sahillərində genişmiqyaslı neft sızıntısı baş verib.
“Reuters”in məlumatına görə, gəminin heyəti iyunun 8-də Yəmənin cənubundakı Mukalla limanı yaxınlığında yaranan problemlə bağlı xəbərdarlıq edib. İlkin qiymətləndirmələrə əsasən, gəmidə partlayış baş verib.
Hazırda Oman sahillərindəki neft ləkəsinin sahəsi təxminən 390 kvadrat kilometr, yəni 150 kvadrat mil təşkil edir.
İyulun 28-də çəkilmiş peyk görüntülərində Dhofar vilayəti sahillərində “Caroline Bezengi” tankerinin yaxınlığında neft ləkəsi müşahidə olunub.
Oman sahillərində sanksiyalara məruz qalan “Caroline Bezengi” tankeri qəzaya uğrayır. Göyərtəsində təqribən bir milyon barel xam neft olan gəmi batmaqda davam edir. Suya sızan neft dəniz qoruğu üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Cenubtv.Az xəbər verir ki, bu barədə “Arab News” nəşri peyk görüntülərinə istinadən məlumat yayıb.
Tanker təqribən iki aydır ki, Omanın cənub-qərbindəki Kibliya adası yaxınlığında saya oturub. Peyk şəkillərinə əsasən, gəmi iyulun 31-dən avqustun 5-dək olan müddətdə nəzərəçarpacaq dərəcədə suya qərq olub. Avqustun 7-nə olan məlumata görə isə, neft ləkəsi artıq 800 kvadrat kilometrə yaxın ərazini əhatə edib.
Qeyd olunur ki, Ərəbistan dənizi qoruğunda nəsli kəsilməkdə olan fırtınaquşları və nadir ərəb donqar balinaları da daxil olmaqla, unikal heyvan növləri yaşayır.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Erməni siyasətçi: “Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək”
"Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək". Cenubtv.Az-ın Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbərinə görə,...
Average Rating