Masallıda ağacın budaqlarından elektrik xətti keçir: “Uşaqlar oynayırlar, təhlükə var” – VİDEO
Masallı rayonunun Böyük Xocavar kəndində, şəhid Emil Əzizov küçəsində sakinləri narahat edən vəziyyət yaranıb.
Cenubtv.Az Oxu.Az-a istinadən xeber verir ki, küçədəki ağac birbaşa elektrik naqillərinə toxunur və xətlərin arasına girib.
Qeyd olunub ki, sözügedən ərazidə üç faza və bir neytral xətt ağacın arasından keçir. Ağacın digər hissəsi isə metal hasara toxunur.
Sakin iddia edib ki, küləkli havada ağacın elektrik xətlərinə toxunması və naqillərin bir-birinə dəyməsi nəticəsində qığılcım yaranır.
Onun sözlərinə görə, ərazidə yol kənarında uşaqlar da oynayırlar. Sakin ağacın elektrik xətlərinə və metal hasara toxunmasının ciddi təhlükə yaratdığını bildirərək aidiyyəti qurumların məsələyə müdaxilə etməsini istəyib.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Binəqədi sakinlərinin şikayətinə baxan olacaq? – VİDE
Binəqədi rayonunun Firdovsi Vəliyev küçəsində kanalizasiya xəttində yaranan problem sakinlərin narazılığına səbəb olub. Baku TV-nin məlumatına görə, kanalizasiya xəttinin dolması...
Bakıda 32 marşrutun hərəkət sxemi DƏYİŞDİRİLİR – SİYAHI
Bakıda 32 marşrutun hərəkət sxemi dəyişdirilir. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb....
Yeni metro stansiyasının adı açıqlandı
Bakıda yeni metro stansiyası "20 Sentyabr" adlandırılacaq. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı Azərbaycan Respublikasının Baş naziri...
Bakının tarixi binalarında özbaşınalıq: Fasadları kim və necə dəyişdirir? – VİDEO
Baş Prokurorluğun apardığı araşdırma zamanı Bakının Nəsimi və Xəzər rayonlarında dövlət mühafizəsinə götürülmüş tarixi və mədəniyyət abidələrində müvafiq razılaşdırma olmadan...
Xırdalanda yolların qazılmasının səbəbi BİLİNDİ – VİDEO
Abşeron rayonunun Xırdalan şəhərində mərkəzi yolda aparılan təmir işləri avtomobillərin hərəkətini çətinləşdirib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı...
“ChatGPT”, “Claude” və “Grok”un işində problemlər yaşanır
Bütün dünyada "ChatGPT", "Claude" və "Grok" çatbotlarının işində nasazlıqlar müşahidə olunur. Cenubtv.Az bu barədə "DownDetector" və "Detector404" servislərinə istinadən xəbər verir....
Average Rating