Kolumbiyada zəlzələ faciəsi: Ölənlər və itkinlərin sayı AÇIQLANDI – FOTO – VİDEO

Read Time:1 Minute, 12 Second

Kolumbiyanın qərbində baş verən güclü zəlzələ nəticəsində azı 24 nəfər həyatını itirib, 100 nəfər isə itkin düşüb.

Cenubtv.Az xəbər verir ki, bu barədə Vaye-del-Kauka departamentinin qubernatoru Dilyan Fransiska “X” sosial şəbəkəsində məlumat verib.

“Kalima-El-Darien şəhərində divarın uçması nəticəsində üç uşağın həlak olması xəbərini dərin hüznlə qarşılayırıq. Həmçinin Sarsal şəhərində bir nəfərin öldüyü bildirilir”, – deyə qubernator qeyd edib.

Daha əvvəl Risaralda departamentinin Pereyra şəhərinin meri Maurisio Salasar 18 nəfərin öldüyünü, Kaldas departamentinin Manisales şəhərinin meri Xorxe Roxas isə zəlzələ nəticəsində iki nəfərin həlak olduğunu açıqlayıb.

Bundan əlavə, “Blu Radio” yerli hakimiyyət orqanlarına istinadən Manisales şəhərində azı 100 nəfərin itkin düşmüş hesab olunduğunu bildirib.

Kolumbiyanın Çoko departamentinin qubernatoru Nubiya Karolina Kordoba-Kuri 7.4 maqnitudalı zəlzələnin səbəb olduğu dağıntılar və xəsarət alanlar barədə məlumat verib.

Cenubtv.Az Oxu.Az-a istinadən  xəbər verir ki, qubernator “X” sosial şəbəkəsindəki hesabında Kibdo şəhərində yaralananların olduğunu, binalara ciddi ziyan dəydiyini bildirib.

Onun sözlərinə görə, hazırda hökumət nümayəndələri tərəfindən dəymiş zərərin miqyası qiymətləndirilir. Qubernator, eyni zamanda, ərazidə yeraltı təkanların yenidən təkrarlanma ehtimalının olduğunu da qeyd edib.

Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.

Cenubtv.Az-ın məlumatına görə, müvafiq açıqlamanı Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi yayıb.

Məlumata əsasən, zəlzələnin episentri təxminən 134 min nəfər əhalisi olan Kartaqo şəhərindən 31 km şimal-qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 115 km dərinlikdə olub.

Hazırda xəsarət alanlar və ya təbii fəlakətin yaratdığı dağıntılar barədə heç bir məlumat daxil olmayıb.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Masazırda bitməyən yol problemi: “Qurumlar deyirlər ki, pul yoxdur” – VİDEO
Next post DTX: “Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır”
Discover the potential of amazon liquidation pallets with host liquidation. New | clean edition steam iron | tv advertisement | with ceramic soleplate and self cleaning function | max. Kamagra original 100 mg quantity.