Xameneidən İranın qonşularına ÇAĞIRIŞ: “ABŞ bazalarını dərhal bağlayın” – FOTO
İranın ali rəhbəri Müctəba Xamenei ölkənin qonşularını ABŞ-nin regiondakı hərbi mövcudluğuna qarşı mövqelərini açıq şəkildə ifadə etməyə çağırıb.
Cenubtv.Az bu barədə “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir.
Xamenei bildirib ki, İran 15 ölkə ilə quru və ya dəniz sərhədinə malikdir və bu ölkələrlə “isti və konstruktiv münasibətlər” saxlamağa çalışır.
Onun sözlərinə görə, bəzi qonşu ölkələr uzun illərdir öz ərazilərində ABŞ-nin hərbi və maliyyə bazalarının yaradılmasına imkan veriblər və bu bazalar Vaşinqtonun bölgədəki təsirini gücləndirməyə xidmət edib.
“Bu ölkələr sevimli vətənimizə qarşı təcavüzkarlara və vətəndaşlarımızın qatillərinə münasibətdə mövqelərini aydın şəkildə müəyyən etməlidirlər”, – deyə Xamenei bildirib.
* Müctəba Xamenei uzun fasilədən sonra GÖRÜNDÜ – VİDEO
İranın ali rəhbəri ABŞ-nin “təhlükəsizlik” və “sülh” ritorikasından istifadə etməklə regiondakı əsl məqsədlərini gizlətdiyini iddia edib və qonşu ölkələrdə yerləşən ABŞ hərbi bazalarının dərhal bağlanmasına çağırıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Dövlət...
Erməni siyasətçi: “Əgər Əliyev tələb etsə, Nikol bu əsgəri şəxsən Bakıya qədər müşayiət edəcək”
"Əgər İlham Əliyev tələb edərsə, Nikol bu əsgəri şəxsən özü qaçaraq Bakıya qədər müşayiət edəcək". Cenubtv.Az-ın Ermənistanın "Hraparak" nəşrinə istinadən xəbərinə görə,...
Average Rating