Bakıda neft çənlərində GÜCLÜ YANĞIN baş verib – FOTO – VİDEO
Bakının Xətai rayonunda baş vermiş güclü yanğın söndürülüb.
Cenubtv.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Bakının Xətai rayonunda baş verən yanğınla əlaqədar polis əməkdaşları da əraziyə cəlb olunublar.
hadisə yerində yanğınsöndürmə və xilasetmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin olunması məqsədilə polis tərəfindən zəruri operativ tədbirlər görülüb.
Bakının Xətai rayonunda güclü yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə rayonun Orxan İsmayılov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.

Bakıda güclü yanğın başlayıb.
Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə 8 Noyabr prospekti yaxınlığında qeydə alınıb.
Hadisə yerindən yayılan görüntülərdə neft çənlərinin yerləşdiyi ərazidən güclü tüstünün qalxdığı və yanğının baş verdiyi görünür.
İlkin iddialara görə, neft çənlərindən birində partlayış baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerindədirlər.
Görüntüləri təqdim edirik:
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Paytaxtda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı
Bakıda qətl hadisəsi olub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb. 4...
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Təhlükəsizlik kamerasında hadisə gününün görüntüləri – VİDEO
Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qadının qrup halında zorlanması iddiaları ilə bağlı cinayət işində yeni məqamlar üzə çıxıb. Cenubtv.Az...
Beyləqanda güclü YANĞIN: Bir neçə yaşayış məntəqəsində işıq kəsilib
Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb. Güclü...
Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı
Bakıda gecə klubunun qarşısında qətl törətməkdə təqsirləndirilən Həsən Məcidovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər...
Keçmiş yeznəsini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı
Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə...
Bakıda DƏHŞƏTLİ QƏTL: 48 yaşlı qadın evində öldürüldü, əri saxlanıldı
Bakıda ərin arvadını öldürdüyü iddia edilir. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli...
Average Rating