Beyləqanda AĞIR QƏZADA xəsarət alanların vəziyyəti AÇIQLANDI
Beyləqanda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində xəsarət alan şəxslər saat 18 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Qeyd olunub ki, onlara bədənin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alanlara zəruri tibbi yardım göstərildikdən sonra ixtisaslı tibbi yardımın davam etdirilməsi məqsədilə onlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına və İmişli Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Bildirilib ki, hadisə nəticəsində 1972-ci il təvəllüdlü şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.
Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cenubtv.Az “Report”a istinadla xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza zamanı xəsarət alan Əlizamin Şəfa oğlu Əliyev, Zəfər Gülmirzə oğlu Məmmədov və Həsən Əbilqasım oğlu Həsənov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hadisə nəticəsində avtomobildə olan Şəfa Süleyman oğlu Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“Təbrik Palace” restoranının qarşısında KÜTLƏVİ DAVA – VİDEO
Bakıda şadlıq evinin qarşısında kütləvi dava olub. Cenubtv.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində...
Müşfiqabadda qəza: Piyada vuruldu
Müşfiqabad qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı piyada vurulub. Qəza yerinə aidiyyəti qurumların...
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirildi: Qardaşı tutuldu
Hacıqabulda qətl törədilib. Cenubtv.Az APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul şəhərində İ. Qayıbov küçəsində minik avtomobilində baş verib. İlkin...
Tərtərdəki ağır qəzada ölənlərin sayı artdı
Tərtərdə baş verən qəzada xəsarət alan digər piyada da həyatını itirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Cenubtv.Az-a bildirilib ki,...
Bakının “Milyonerlər məhəlləsi” adlanan ərazisindəki yanğın söndürüldü: Xəsarət alanlar var – VİDEO
Binəqədidə köhnə tikilidə baş verən yanğın söndürülüb. Bu barədə Cenubtv.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov məlumat verib....
Otağından istifadə edib, dalaşdılar – Bakıda kirayənişinlərin bıçaqlanmasının TƏFƏRRÜATI – VİDEO
Bakıda bir evdə üç nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub. Cenubtv.Az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, 1 ünvanındakı...
Average Rating