Hərbi xidmətdə xəsarət alan iki uşaq atası: “Valideynləri həyat yoldaşımı apardılar” – VİDEO
iləsuvar rayon sakini 30 yaşlı Fuad Şahbazlı aidiyyəti qurumlardan kömək istəyir.
Baku TV-nin qaynar xəttinə müraciət edən şikayətçinin sözlərinə görə, hərbi xidmət zamanı aldığı kəllə-beyin travmasından sonra səhhətində ciddi problemlər yaranıb.
İki uşaq atası olan Fuad Şahbazlı bu günə qədər heç bir pensiya və ya sosial təminat ala bilmədiyini deyir.
“Ailəmi saxlamağa, dərmanlarımı almağa pulum yoxdur. Uşağım dünyaya gəldi, ona baxa bilmədim. Valideynləri gəlib həyat yoldaşımı apardılar. Dərman qəbul etməsəm, qıcolmalarım tutacaq, dişlərim qırılacaq, ya da başımı yerə vuracağam, əziləcək. Xəstəliyimə görə hərbi xidmətə yararsız hesab edilirəmsə, mənə niyə pensiya verilmir?!” – deyə şikayətçi bildirib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, Fuad Şahbazlının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son beş il ərzində tibb müəssisəsi tərəfindən heç bir sənəd (“Forma 88”) rəsmiləşdirilməyib:
“Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən Fuad Şahbazlı ilə bağlı yeni “Forma 88″ sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndirilə bilər”.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunub
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir...
Səbuhi Məmmədov və Arzu Musayeva həbs olundu – 300 nəfərdən çox zərərçəkən var
Son aylarda ölkənin virtual məkanında “*Ponzi*” sxemi əsasında fəaliyyət göstərən “*Any Unboxing*” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul...
Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? – FOTO – VİDEO
Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir". Cənubtv.Az Oxu.Az-a istinadən bildiri ki, Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya...
Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun “etibarsız” görünməsinin SƏBƏBİ
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər. Bu barədə Cənubtv.Az...
“Yeddi daş”dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Samir İsayev yazır... Parlament sosial şəbəkədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Vətəndaşların əksəriyyəti bu...
Average Rating