Azərbaycanda vəzifəli şəxs cərimələndi
“Mərkəzi Nəbatat Bağı” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Əli Cəfərov cərimələnib.
Cənubtv.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Mərkəzi Nəbatat Bağı barəsində İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsinin (istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə bağlı tələblərin pozulması) tələblərinin pozulmasına dair protokol tərtib olunub və işə məhkəmədə baxılıb.
Araşdırma zamanı müəyyən edilib ki, ötən il Mərkəzi Nəbatat Bağında iki nəfər – V.B. və Ə.Ə. xəsarət alıb. Hadisədən sonra aparılan yoxlamalar nəticəsində onların istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta edilmədiyi üzə çıxıb. Məhkəmənin qərarı ilə Əli Cəfərov İnzibati Xətalar Məcəlləsinin 469-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunub
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir...
Səbuhi Məmmədov və Arzu Musayeva həbs olundu – 300 nəfərdən çox zərərçəkən var
Son aylarda ölkənin virtual məkanında “*Ponzi*” sxemi əsasında fəaliyyət göstərən “*Any Unboxing*” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul...
Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? – FOTO – VİDEO
Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir". Cənubtv.Az Oxu.Az-a istinadən bildiri ki, Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya...
Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun “etibarsız” görünməsinin SƏBƏBİ
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər. Bu barədə Cənubtv.Az...
“Yeddi daş”dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Samir İsayev yazır... Parlament sosial şəbəkədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Vətəndaşların əksəriyyəti bu...
Average Rating