Ağstafada faciə: Evin zirzəmisində yanmış meyit tapıldı – VİDEO
Ağstafa rayonunda yanmış meyit tapılıb. Hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. 51 yaşlı kənd sakini Elman Əliyevin meyiti yaşadığı evin zirzəmisində aşkar edilib.
Cənubtv.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Mərhumun yaxınlarının sözlərinə görə, Elman Əliyev spirtli içki aludəçisi idi və bəzən bağda və ya evin zirzəmisində gecələyirdi.

“İçki içən adam idi, çox vaxt tibbi spirt qəbul edirdi. Siqaret çəkirdi, ehtimal ki, sərxoş vəziyyətdə olub. Siqaretin külü düşdüyü üçün yanğın başlayıb. O, bunu hiss etməyib və tüstüdən boğularaq ölüb”, – deyə mərhumun yaxını bildirib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Ağstafa rayonunda evdə yanğın baş verib.
hadisə rayonun Xətai kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü E.Əliyevin yaşadığı evdə yanğın baş verib. Yanğın söndürüləndən sonra 51 yaşlı ev sahibinin meyiti otaqlardan birində aşkarlanıb.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
İlkin ehtimala görə, ev qısaqapanma nəticəsində yanıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda avtobus ağaca çırpıldı: 10-dan çox yaralı var – VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib. Cənubtv.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut...
Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var
Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cənubtv.Az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı...
Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı
Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb. Cənubtv.Az Oxu.Az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində...
Kiyevə hücum nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI
Rusiyanın Kiyevə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində həlak olanların sayı artaraq 20-yə çatıb. Cənubtv.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi...
ABŞ-də faciə: Atasının maşında unutduğu uşaq istidən ölüb
ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub....
Biləcəridə yanğın baş verib
Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verib. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00-da baş...
Average Rating