ABŞ və İran arasında kritik görüşün yeri bəlli oldu
Daha əvvəl anonsu verilən razılaşmaların imzalanması məqsədilə ABŞ və İran nümayəndələrinin görüşü İsveçrənin Bürgenştok bölgəsində keçiriləcək.
Cənubtv.az xəbər verir ki, bu barədə TASS agentliyinə İsveçrə Konfederasiyasının Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Pyer Alen Elçinqer məlumat verib.
“Son bir neçə gün ərzində XİN ABŞ və İran arasında İsveçrə ərazisində qarşılıqlı anlaşma memorandumunun mümkün imzalanması ilə bağlı ABŞ, İran, Pakistan və Qətərlə sıx təmasdadır. Hazırda sənədin imzalanması iyunun 19-da, cümə günü Nidvalden kantonunun Bürgenştok bölgəsində planlaşdırılır”, – deyə o, TASS-ın sorğusuna cavabında bildirib.
Elçinqer qeyd edib ki, görüşün keçiriləcəyi məkan vasitəçilər olan Pakistan və Qətər, eləcə də ABŞ və İran tərəfindən təklif olunub.
“İsveçrə bu danışıqlarda ev sahibi qismində çıxış edir və görüşün ölkə ərazisində keçirilməsi üçün zəruri diplomatik şəraiti təmin edir”, – deyə o əlavə edib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunub
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir...
Səbuhi Məmmədov və Arzu Musayeva həbs olundu – 300 nəfərdən çox zərərçəkən var
Son aylarda ölkənin virtual məkanında “*Ponzi*” sxemi əsasında fəaliyyət göstərən “*Any Unboxing*” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul...
Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? – FOTO – VİDEO
Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir". Cənubtv.Az Oxu.Az-a istinadən bildiri ki, Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya...
Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun “etibarsız” görünməsinin SƏBƏBİ
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər. Bu barədə Cənubtv.Az...
“Yeddi daş”dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Samir İsayev yazır... Parlament sosial şəbəkədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Vətəndaşların əksəriyyəti bu...
Average Rating