Sumqayıtda əyilmiş elektrik dirəkləri problemi ilə bağlı rəsmi AÇIQLAMA – VİDEO

Read Time:52 Second

Sumqayıt şəhərinin Hafiz Baxış küçəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Onların Baku TV-yə dedikləri sözlərə görə, ərazidəki elektrik dirəklərinin bir neçəsi yararsız vəziyyətdədir və bu, ciddi təhlükə yarada bilər.

.

 

“Bir ildir müraciət edirik, istər şifahi, istərsə də ərizə formasında. Amma şikayətimizə baxılmır. Burada elektrik şəbəkəsində yüklənmələr olurdu. Keçən il həmin ərazidə transformator quraşdırıldı, elektrik dirəkləri yeniləndi, xətlər çəkildi və birləşdirildi. Daha sonra xəttdə problem yarandı. Döngə tərəfdə isə rabitə dirəyinin traversi elektrik xəttinə birləşdirilib. Dirək də əyilmiş vəziyyətdədir. Əgər bu dirək aşsa, həm rabitə dirəklərini aşıracaq, həm də elektrik xətlərini zədələyəcək”, – sakinlərdən biri deyib.

Məsələ ilə bağlı “Azərişıq” ASC-dən bildirilib ki, qurum regionlarda olduğu kimi, “Sumqayıt Elektrik Şəbəkəsi”nin ərazisində də əsaslı təmir və yenidənqurma işləri həyata keçirir. Sözügedən küçədə 0,4 kilovoltluq elektrik dayaqları yenilənib, özünü daşıyan izolyasiyalı naqillər çəkilib.

Qeyd olunub ki, 0,4 kilovoltluq elektrik şəbəkəsində yenidənqurma işləri aparılarkən elektrik qurğularının quraşdırılması qaydalarının norma və prinsiplərinə əməl olunub. Qaydalara əsasən, 0,4 kilovoltluq elektrik hava xətlərində dayaqlararası məsafə adətən 30-45 metr təşkil edir.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Binə qəsəbəsində yanğın olub
Next post Basketbol azarkeşləri Nyu-Yorkda məktəb avtobusunu yandırıblar – VİDEO
On the set of joseph knight's new movie cinepunch. Premios feroz music festival 2019 cinepunch. New york morning show 2020 premiere pro fx.