ANAMA əməkdaşları olan qardaşlar nişandan qayıdarkən qəzaya düşdülər – BİRİ ÖLDÜ

Read Time:1 Minute, 1 Second

Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alanlar ANAMA əməkdaşları olublar.

Cenubtv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzada xəsarət alan qardaşlardan biri ölüb.

Belə ki, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov həkimlərin göstərdikləri reanimasyon tədbirlərə baxmayaraq xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Cenubtv.az-ın məlumatına görə hadisə bu gün səhər 4-5 radələrində Birinci Şahsevən kəndi ərazində qeydə alınıb.

Hadisəyə “Khazar” markalı avtomobilin yoldan çıxaraq aşması səbəb olub. Nəticədə üç nəfər xəsarət alıb.

Xəsarət alanlar – sürücü, 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov, onun qardaşı, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov və digər sərnişin, 1999-cu il təvəllüdlü Məhərrəm Elman oğlu Səfərov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.

Onların nişan mərasimindən qayıtdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Cenubtv.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 13-də, saat 5:00-da Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çox sayda travması diaqnozu təyin edilib. Pasiyentlərin müalicəsi Beyləqan RMX-nin Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Keçmiş qayınatasını öldürüb, avtomobillə üstündən keçdi, qayınanasını bıçaqladı – TƏFƏRRÜAT
Next post Slovakiyada iki qatar toqquşdu: Çox sayda yaralı var
© 2023 hdi generalvertretung clemens reusch. 63a iso 1p az distributors.