Həmcinslərini Türkiyədə iş vədi ilə fahişəliyə cəlb etmişdi – Doqquz il həbs verildi 151 4
Azərbaycanlı qadınları aldadaraq Türkiyəyə aparan və orada insan alverinə məruz qoyan Mingəçevir şəhər sakini 35 yaşlı Dəniz Məmmədovaya hökm oxunub.
Cenutv.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses başa çatıb.
Bildirilib ki, Dəniz Azərbaycanda tanış olduğu 2 gənc xanımı Türkiyədə işləmək vədi ilə qonşu ölkəyə aparıb. Lakin o, təyyarə ilə Türkiyəyə gedən hər iki qadının sənədlərini aldadaraq alıb və onları Çanakkale və Yalova şəhərlərində bir neçə gün məcburi şəkildə fahişəliyə cəlb edib.
Daha sonra həmin qadınlar yaşadıqları yeri tərk edərək Azərbaycana qayıtmağı bacarıblar. Onlar bura gələrək Dənizin əməlləri barədə polisə şikayət ediblər. D.Məmmədova ötən ilin dekabrında hava limanı ərazisində polis tərəfindən saxlanılıb.
Məhkəmənin 29 sentyabr tarixli hökmü ilə Dəniz Məmmədovaya 9 il həbs cəzası verilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu
Layihəin təqdimatı: "ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI" 30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant...
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=2aHOOoFiAyY
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Average Rating