Azərbaycanda 4 yaşlı qıza iynə vurub öldürən sabiq baş həkimə HÖKM OXUNDU

Read Time:48 Second

İmişlidə 4 yaşlı qıza iynə vuraraq onun ölümünə səbəb olan həkim barəsində məhkəmə hökmü elan edilib.

Cenubtv.az  Lent.az-a istinadla xəbər verir ki, İmişli Rayon Məhkəməsində hakim Lətafət Ağakişiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs – Qaradonlu Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri, 68 yaşlı Ümidəli Həsənov (soyad şərtidir) barəsində hökm oxunub.

Məhkəmənin qərarına əsasən, Ümidəli Həsənov 2 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona 2 il müddətinə dövlət və özəl tibb müəssisələrində məsul və rəhbər vəzifə tutmaq qadağan olunub.

Qeyd edək ki, hadisə bu ilin martın 2-də, İmişli rayonunun Yalavac kəndində baş verib. Hərarəti yüksələn 4 yaşlı Nurgül Qarayevaya kənd tibb məntəqəsində heç bir allergik sınaq aparılmadan “Seftriakson” antibiotik iynəsi vurulub. Vurulan iynədən sonra uşaq anafilaktik şoka düşərək bir neçə dəqiqə ərzində həyatını itirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, Ümidəli Həsənov 2012-2022-ci illərdə İmişli Rayon Mərkəzi Xəstəxanasının Qaradonlu kənd xəstəxanasında baş həkim vəzifəsində çalışıb.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Savaşın taleyini dəyişən Cəbrayıl əməliyyatı – Düşmən necə darmadağın edildi?
Next post İsmayıllıda iki avtomobil toqquşdu: Ölənlər və yaralananlar var
dtf printers overzicht dtf printers. Rufen sie den lkw abschleppdienst potsdam direkt an und geben sie genaue informationen zum standort (z. Die zukunft der powwow kultur.