Sumqayıtda üçü uşaq olmaqla bir ailənin dörd üzvü zəhərlənməsinin təfərrüatı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, zəhərlənən, 1983-cü il təvəllüdlü Sevgül İsgəndərova və uşaqları Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Ananın və uşaqların vəziyyəti qənaətbəxş olduğundan evə buraxılıblar.

Uşaqların anası və nənəsi səsləndirilən iddiaların tamamilə yalan olduğunu bildiriblər.

“Gəldim ki, yerdə uzanıblar. Dərhal təcili tibbi yardıma zəng vurduq. Uşaqların üçü də autizmlidir”, – deyə uşaqların nənəsi qeyd edib.

Qonşular da ananın öz övladlarını zəhərləməsi xəbərini təkzib ediblər.

Qeyd edək ki, ana və üç uşağın dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilmələri faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

 

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir