Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? –
“Hava nəqliyyatlarında yaş məsələsi düşündüyümüz qədər vacib məsələ deyil. Texniki məsələlərə riayət olunduğu təqdirdə, illər o qədər də önəmli deyil. Bu hadisədə də faciənin əsas səbəbi düşünürəm ki, əlverişsiz hava şəraitidir”.
Bunu “Haber Global”a açıqlamasında türkiyəli mütəxəssis, mühəndis pilot Ahmet İzgi bildirib.
O, helikopterin raketlə vurulması versiyasını istisna edib:
“Helikopterin bütün hissələri qəza yerində çox dar bir ərazidə mövcuddur. Əgər bu helikopter hər hansı bir raketlə havada partlasaydı, qalıqlar bir neçə yüz metr diametrə səpələnmiş olardı”, – deyə o izah edib.
Mütəxəssis təyyarənin izinin onun yamacda sürtündüyünü göstərdiyini vurğulayıb.
Ahmet İzgi qeyd edib ki, helikopter uçuş zamanı qəfildən sisə düşüb, pilot oriyentasiyanı itirib, nəticədə pərlər ağaca çırpılıb və qəza baş verib.
Xatırladaq ki, mayın 19-da İranın Şərqi Azərbaycan vilayətində Prezident İbrahim Rəisini aparan helikopter qəzaya uğrayıb. Qəza zamanı helikopterin göyərtəsində dövlət başçısı İbrahim Rəisi, İranın XİN başçısı Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin başçısı Malik Rəhməti, Təbrizin cümə imamı Məhəmmədəli Al-Haşim, İbrahim Rəisinin mühafizə xidmətinin rəhbəri Mehdi Musəvi, pilot polkovnik Tahir Mustəfəvi, pilot köməkçisi polkovnik Möhsün Dəryanuş, texniki mayor Bəhruz Qədimi və SEPAH-ın adı açıqlanmayan “Ənsar-əl Mehdi” qərargahının zabiti olublar.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları – Video
Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. Cenubtv.Az xəbər verir ki, qətlə...
Bakıda 27 yaşlı kişinin meyiti tapıldı
Bakıda 27 yaşlı kişinin meyiti tapılıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Hacıqabul rayon...
Bakı-Quba yolunda qəza: Ölən var
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün yolun 16-cı kilometrliyində...
Paytaxtda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı
Bakıda qətl hadisəsi olub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb. 4...
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Təhlükəsizlik kamerasında hadisə gününün görüntüləri – VİDEO
Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qadının qrup halında zorlanması iddiaları ilə bağlı cinayət işində yeni məqamlar üzə çıxıb. Cenubtv.Az...
Beyləqanda güclü YANĞIN: Bir neçə yaşayış məntəqəsində işıq kəsilib
Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb. Güclü...
Average Rating