NƏZAKƏTLİ XANIM HƏKİM OFTALOMOLOQ NƏZAKƏT NƏZƏRLİ.
Bu yaxınlarda gözümdə mütəmadi sulanma müşahidə etdiyim üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində Cəlilabad Rayon Müainə və Müalicə Diaqinostika Mərkəzinə müainə olunmaq üçün getdim. Məni xanım həkim çox gözəl qayğıkeşliklə qarşıladı. Doğrusu özümdə bu kimi qayğıkeşliklə qarşılandığıma şübhəli yanaşdım. O, mənada ki, bəlkə mənim media aləmində olduğum üçünmü xoş və mehribanlıqla qarşılanıram. Odur ki, həkim xanıma peşə xisləti olaraq sual etdim:
-Həkim, məni tanıyırsız?
-Xeyr sizi tanımıram. Necə bəyəm? Nəyə görə soruşdunuz?
Mən özümü təqdim etdim: – Rövşən Adiloğlu! Cənub TV. AZ sayıtının rəhbəri.
-Xoş oldu tanışlığımız Rövşən müəllim.
-Doktor siz bütün xəstələrinizi məni qarşıladığınız kimi qarşılayırsınız?
-Bəli bütün xəstələrimi sizi qarşıladığım kimi bir doğmam kimi qarşılayıram və müainə və müalicə edirəm.
Doktor məni müaniə edib müalicə resepti yazdı. Məndən başqa da xəstələrə eyni nəzakəti göstərərək müainə edib, məsləhətlərini verərək reseptlərini yazırdı.
Nəzərli Nəzakət Böyükxan qızı 1987-ci ildə Azərbaycan Tibb Unversitetinə daxil olmuşdur. 1993-cü ildə Unversiteti bitirərək Cəlilabad Rayon Göz Xəstəxanasında oftamatoloq həkim kimi işə başlamışdır. 2011-ci ildə Cəlilabad Rayon Müainə və Müalicə Diaqinostika Mərkəzində oftamotoloq həkim kimi işləmişdir. 2014-2016-cı illərdə Cəlilabad Rayon Müainə və Müalicə Diaqinostika Mərkəzində poliklinika şöbə müdürü vəzifəsində çalışmışdır. Nəzakət həkim hal-hazırda həmən sağlamlıq ocağında poliklinika şöbəsində oftamotoloq həkim kimi işləyir. Nə yaxşı ki, sağlamlıq ocaqlarımızda Nəzakət həkim kimi nəzakətli və qayğıkeş həkimlərimiz var.
Təsisçi və baş redaktor Rövşən Adiloğlu.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Average Rating