Həkimlər haqqında çoxlu sayda yazılarım çap olunub. Bu ağxalatlı insanlara hörmət və məhəbbətimdən irəli gəlir. Doğrusu hər dəfə onların şəxsi-mənəvi keyfiyyətlərinə keçməzdən əvvəl bu nəcib peşə sahiblərinin cəmiyyətdə mövqeyi haqqında müasirləri olan insanların çeşid-çeşid fikirlərindən, görkəmli, alim və filosofların bu müqəddəs sənət sahibləri haqqında söylədiklərindən bol-bol iqtibas gətirər, yəni bir növ barəsində söyləyəcəklərim üçün zəmin hazırlayardım. Amma bu dəfə bunların heç birinə ehtiyac olmadı. Ona görə fikirimcə haqqında söhbət açacağımız Sənubər doktorun heç bir bənzətməyə, epitetə ehtiyacı yoxdur. Sənubər həkimin iş fəaliyyəti ilə biz ziyalılar yaxından tanışıq. Cəlilabad səhiyyəsində uzun illərdir çalışan həkim Manafova Sənubər Ağamehdi qızı 2011-ci ildə Cəlilabad Müalicə Diaqinostika Mərkəzində reanimasiya şöbəsində həkim reanimatoloq kimi işə qəbul olunub. 2012-ci ildən isə həmən mərkəzdə baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində işləyib. 2022-ci ilin iyun ayında Mərkəzi Xəstəxana ilə Diaqinostika birləşəndə, Sənubər həkim Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında terapevtik tibbi xidmətlər üzrə direktor müavini vəzifəsinə təyyin olunub. 2023-cü ilin dekabr ayının 30-dan etibarən, terapevtik tibbi xidmətlər üzrə direktor müavini ilə yanaşı TƏBİB-in Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında direktor əvəzi vəzifəsini də icra edir.
Ondan ötrü də fikirləşib qərara gəldik ki, yeni təyyinatı ilə bağlı, elə öz həkim kollegiyası ilə onun haqqında danışaq və fikir öyrənək.
Öz savad və peşə bacarığı ilə tanınmış həkim Ələkbərova Validə xanıma fikirimizi bildirəndə böyük məmnunluqla bizi qarşıladı. Yaxınlığında olan həkim yoldaşları və tibb işçiləri xəbər tutan kimi, yanımıza gəldilər və hər biri öz razılığını bildirirdilər.
Onların əhatəsində Validə həkimlə etdiyimiz söhbətimizi olduğu kimi sizlərə çatdırıram:
– Doktor Sənubəri necə tanıyırsız? – soruşduqda: Validə həkimin çöhrəsinə gülüş qondu və – Oyy krosavica Sənubər doktor. O bizimlə uzun illərdir çalışır. Çox idealist, mərd bir insandır. Sənubər doktor çox səbirli və humanist həkimdir. Bizimlə işlədiyi vaxtların bir çox hissəsini tibb müəsisəmizdə məsul vəzifələrdə çalışıb. Demək olar ki,sağlamlıq ocağımızda məsul vəzifələrdə çalışdığı dövür direktorların işini o, idarə edirdi. Çünki direktorlar tez-tez tədbirlərdə, iclaslarda olduqları üçün müəsisəni ona tapşırırdılar. Sənubər doktor çox bacarıqlı xanımdır. İşinin öhtəsindən laiqincə gəlir. İndi də TƏBİB və İTS Sənubər həkimi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına direktor əvəzi təyin ediblər. Seçimləri çox düzgündür. İnanın o, direktor əvəzi təyyin olunduğu gündən çatışmamazlıqların və yaranan problemlərin aradan qaldırılmasına səy göstərərək həllinə nail olur. Düzdür çox çətinliklərlə, haqsızlıqlarla rastlaşır, ancaq qətiyyən geri çəkilmir. Bu da biz həkimləri daha da əzmlə, səylə çalışmağımıza həvəsləndirir. Sənubər doktor hər iclasımızda, dövlətə və dövlətçiliyə sadiq qalmağı, Prezident seçkilərində nümunəvi iştirak etməyimizi dəfələrlə tövsiyə edir. Bir rəhbər olaraq bütün işçilərinə sağlamlıq ocağımızda və cəmiyyət arasında nizam-intizamlı olmağı tapşırır. Bütün xəstə pasyentlərlə və onların yaxınları ilə öz yaxınımız kimi davranaraq xidmət etməyimizi tələb edir. Bir sözlə Sənubər doktor biz həkimlərin yaxşı tanıdığımız və biri-birimizə hörmət və rəğbət bəslədiyimiz rəhbərdir.
Ətrafımızda olanlar Validə həkimin dediklərini təsdiq edirdilər.
Mən fürsətdən istifadə edərək bir az söhbətimizi yayılan xəstəliklərə yönəldərək dedim: – Həkim ilə söhbətdən sonra xəstə özünü yüngül hiss etmirsə, deməli, həkim həkim deyildir. Validə doktor mən sizinlə söhbət etdikçə özümü çox yaxşı hiss etdiyim üçün əsl həkimə rast gəlmişəm deməkdir. Doktor yayılan xəstəliklərlə bağlı sizdən bir neçə öyrənmək istədiklərimiz var. Validə həkim dərhal buyurun dedi:
– Doktor məxmərək və anadangəlmə məxmərək sindromu deyilən bir xəstəlik var. Ümumiyyətlə məxmərək nədir?
– Məxmərək – yüksək yolxuculuğa malik olan kəskin virus infeksiyasıdır.
– Doktor bəs məxmərək necə yayılır?
– Məxmərək – insandan insana hava-damcı, təmas və ya transplasentar yolla ötürülür. Xəstənin təmasda olduğu əşyaya toxunduqdan sonra əlləri ağız, burun və gözlərə vurduqda və ya xəstənin nəfəs aldığı hava vasitəsilə virusa yoluxma baş verə bilər. Transplasentar yoluxma isə xəstəliyə yoluxmuş anadan dölə keçməklə baş verir. Yoluxduqdan sonra virus insan orqanizmində 5-7 gün ərzində çoxalmaqda davam edir və bu dövürdə virus hamilə qadından dölə ötürülür. Xəstələrin ətrafdakıları yoluxdurması üçün ən təhlikəli müddət səpgilərdən 7 gün əvvəl və səpkilər başlandıqdan sonra 14 günə qədərdir. Anadangəlmə məxmərək sindromlu (AMS) uşaqlar bu virusu hətta 1 il müddətində ətrafa yaya bilir.
– Doktor bəs məxmərəyin əlamətləri necə olur?
– İnkubasiya dövrü (yoluxma anından etibarən xəstəliyin klinik əlamətləri meydana çıxana qədər davam edən dövr) 12-23 gün ( orta hesabla 14 gün) hesab edilir. Bəzi hallarda məxmərək çox yüngül formada, 20-50% hallarda isə əlamətsiz keçir. Xəstəliyin ilkin əlamətlərindən biri – səpgilərin əmələ gəlməsidir. Bundan əlavə, hərarətin azacıq yüksəlməsi, boyun limfa düyünlərinin böyüməsi müşahidə oluna bilər. Səpgilər adətən çəhrayı rəngdə olur (ölçüləri 5-10mm), əvvəl üzdə, sonra isə bədəndən ayaqlara doğru çoxalmaqla müşahidə olunur. Səpgilər 3 günə qədər davam edir və özlərindən sonra heç bir iz (piqmentasiya, qabıqvermə və s.) qoymadan yox olurlar. Anadangəlmə məxmərək sindromu ilə doğulmuş uşaqlarda, adətən xəstəliyin əlamətləri (katarakta, karlıq) hələ erkən vaxtlarda özünü biruzə verir. Lakin elə hallar olur ki, xəstəlik 2-4 yaşa qədər gizli qalır.
– Doktor fəsadları olurmu?
– Məxmərək xəstəliyindən sonra, adətən ciddi ağırlaşmalar böyüklər arasında qeyidə alınır. Məxmərəkdən sağalmış qadınların 70% -də artritlər və oynaqlarda ağrılar müşahidə olunur.
– Doktor məxmərəyin müalicəsi necə aparılır?
– Məxmərəyin və Anadangəlmə məxmərək sindromunun spesifik müalicəsi yoxdur və əsasən ev şəraitində aparılır. Xəstəxanaya yalnız kiçik yaşlı uşaqlar və xəstəliyi ağır keçirən şəxslər yerləşdirilir (fəsadların qarşısını almaq məqsədilə). Məxmərəkli xəstə çoxlu maye qəbul etməli və vitaminlərlə zənginləşdirilmiş pəhriz rejimi saxlamalıdır. Xəstəni və onun istifadə etdiyi əşyaları sağlam şəxslərdən təcrid etmək lazımdır. Hərarətin yüksək olduğu zaman həkim məsləhəti ilə simptomatik müalicədən (hərarətsalıcı dərmanlar) istifadə olunmalıdır. Ümumi sağalma dövrü 14-21 gün çəkir. Anadangəlmə məxmərək sindromlu uşaqlarda isə spesifik patologiyanı müalicə etmək lazmdır.
-Doktor məxmərək keçirən xəstələr sağaldıqda immuniteti necə olur?
– Keçirilmiş məxmərək xəstəliyindən sonra ömürlük immunitet yaranır.
– Doktor bəs məxmərəyin profilaktikası haqqında nə deyərdiniz?
– Xəstəlikdən qorunmanın yeganə yolu – VAKSİNASİYADIR. Məxmərəyə qarşı effektli və təhlükəsiz peyvənd mövcuddur. Adətən uşaqlara məxmərək əleyhinə peyvənd üçün qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksinlərin birlik təşkil etdiyi qızılca, parotit, məxmərək əleyhinə vaksindən istifadə olunur. Milli peyvənd təqviminə uyğun olaraq bu peyvəndin 1-ci dozası uşaqlara 12 aylığında, 2-ci dozası isə 6 yaşında vurulur. Qızılca-parotit-məxmərək vaksini əsaslı olaraq sınaqdan keçirilmiş və yüksək təhlükəsizlik göstəricilərinə malikdir. Nəsilartırma dövründə olan qadınların məxmərək əleyhinə peyvəndlə əhatə edilməsi Anadangəlmə məxmərək sindromunun profilaktikasının əsasını təşkil edir. Hamiləlikdən öncə (yaxın zamanlarda hamilə olmağı planlaşdıran) məxmərəyə qarşı immunitetin olub olmamasını təyin etmək üçün qanda məxmərəyə qarşı anticisimlər (İgM, İgG) yoxlanmalıdır. Əgər anticisimlər aşkar olunmazsa, qadınların hamiləlik dövründə məxmərəkli xəstələr ilə təmasda olmasına yol verilməməlidir. Bununla əlaqədar 15-40 yaşlı qadınların məxmərəyə qarşı immunlaşdırılması məqsədəuyğundur. Analarda məxmərəyə qarşı immunitetin olması körpələrdə Anadangəlmə məxmərək sindromu ilə xəstələnmənin qarşısını alır. Hamiləliyin erkən aylarında qadının məxmərəyə yoluxması dölün zədələnmə ehtimalını 90%-ə qədər artırır. Bu hal dölün məhv olmasına, yaxud Anadangəlmə məxmərək sindromunun əmələ gəlməsinə gətirib çıxarır. Anadangəlmə məxmərək sindromu ağır anadangəlmə qüsurlara (karlıq, korluq, ürək qüsurları, beyin patologiyası və s.) xarakterizə olunur.
– Dəyərli həkimimiz Validə xanım Ələkbərova sizə öz təşəkkürümüzü bildiririk, siz qiymətli vaxtınızı bizimlə həmsöhbət olmağa sərf etdiniz. Və məxmərək xəstəliyi haqqında camaatımıza marifləndirici biliklər çatdırdınız. Minnətdarıq Validə həkim.

Təsisçi və baş redaktor Rövşən Adiloğlu

Xüsusi müxbir Qurban  Əhməd.

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir