Cəlilabadda oğurluqa görə saxlanılan şəxsdən Makarov tapançası aşkarlanıb
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən 3 yaşayış evindən dəyəri 6 min manatdan artıq müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Səməd Səfərov, əvvəllər məhkum olunmuşlar Xaləddin Əliyev və Azər Qəhrəmanov saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Cənubtv.az Kanal15-ə istinadən xəbər verir ki, bundan əlavə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən baxış zamanı saxlanılan şəxslərdən Xaləddin Əliyevin yaşadığı evdən 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə X.Əliyev və A.Qəhmanov barəsində həbs qətimkan tədbiri, S.Səfərov barəsində isə digər qətimkan tədbiri seçilib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Oğuzda 21 yaşlı gəncin faciəli şəkildə öldüyü hadisənin ANBAAN GÖRÜNTÜSÜ
Dünən Oğuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Oxu.Az xəbər verir ki, dünən saat 20:30-da Nihad Namiq oğlu Əlizadə BMW markalı...
Average Rating