
Cəlilabadda oğurluqa görə saxlanılan şəxsdən Makarov tapançası aşkarlanıb
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən 3 yaşayış evindən dəyəri 6 min manatdan artıq müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Səməd Səfərov, əvvəllər məhkum olunmuşlar Xaləddin Əliyev və Azər Qəhrəmanov saxlanılıblar. Oğurlanan əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Cənubtv.az Kanal15-ə istinadən xəbər verir ki, bundan əlavə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən baxış zamanı saxlanılan şəxslərdən Xaləddin Əliyevin yaşadığı evdən 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid daraq və 5 ədəd patron aşkarlanaraq götürülüb.
Məhkəmənin qərarı ilə X.Əliyev və A.Qəhmanov barəsində həbs qətimkan tədbiri, S.Səfərov barəsində isə digər qətimkan tədbiri seçilib.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verildiyi məhkəmədə təsdiqlənib
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,...
Samuxda keçmiş qayınatası tərəfindən döyülən şəxsin SON VƏZİYYƏTİ açıqlandı
Samux rayonunda keçmiş qayınatası tərəfindən döyüldüyü deyilən şəxsin vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cenubtv.az Oxu.Az-a istinadən xəbər...
“Survivor All Star”ın ilk iştirakçısı Bayhan oldu
Türkiyənin məşhur "Survivor All Star" yarışına bu il fərqli səsi və özünəməxsus üslubu ilə tanınan müğənni Bayhan da qoşulacaq. Cenubtv.az-ın ...
Bakıda kafenin gözətçisi iş yerində öldü
Bakıda 66 yaşlı kişi kafedə ölüb. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən saat 10 radələrində Nizami rayonu, Əliağa...
Beyləqanda 14 yaşlı qıza təcavüzlə bağlı cinayət işi başlandı: İki yeniyetmə həbs olundu
Beyləqanda 14 yaşlı qıza seksual xarakterli hərəkətlər edən iki yeniyetmə həbs edilib. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun...
İranda casusluqda ittiham olunan Almaniya vətəndaşı bəraət alıb
İranda casusluq ittihamı ilə saxlanılan fransaəsilli Almaniya vətəndaşı Jan Pirlo Monterelles bəraət alıb. Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər...
Average Rating