Pensiya alanlara şad xəbər – Gələn aydan bu qədər artım olacaq

Read Time:1 Minute, 6 Second

Pensiyalarda təxminən 11 faizə yaxın artım qeydə alınacaq.

Cenubtv.az  Turkustan.az-a istinadən xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, ilkin məlumat ondan ibarətdir ki, pensiyalar 10,8 faiz indeksasiya olunaraq artırılacaq.

“Daha dəqiq rəqəm fevral ayının əvvəlində Dövlət Statistika Komitəsi tərəfindən elan olunacaq. Nəzər alsaq ki, pensiyaların indeksasiyasında əsas meyar əvvəlki illərdə orta aylıq əmək haqqında olan artım faizidir. 2023-cü ildə ortaq aylıq əmək haqqında artım faizi bu ilin fevral ayında elan olunacaq. Ona uyğun olaraq da rəsmi olaraq pensiyalar indeksasiyası reallşacaq. Əmək pensiyası alan bütün vətəndaşların pensiya məbləğinda təxminən 11 faizə yaxın artım qeydə alınacaq.

Əvvəlki illərdə təxminnə 100 minə yaxın vətəndaşımızın pensiyası indeksiyası olunmurdu. Lakin indi vahid indeksasiya mexanizmi bütün vətəndaşların əmək pensiyasılarının artırılmasına imkan yaradır. Məbləğindən asılı olmayaraq, bütün əmək pensiyası alanların pensiyalarında artım olacaq”, – deyə o, əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin ilk 9 ayı üzrə orta aylıq nominal əmək haqqı artımı da elan edildi. Bu müddətdə orta aylıq əmək haqqı 11.2 faiz artıb. İlk 8 ayda bu göstərici 11.3 faiz idi. Orta aylıq əmək haqqındakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Sabahdan prezident seçkisinin təşviqat kampaniyası başlayacaq
Next post Bakıda sexdə partlayış: 3 ölü, 24 yaralı var – Rəsmi
What is soil testing ?. Sigen hybrid inverter single phase.