Cəlilabadda orta məktəb binası qəzalı vəziyyətə düşüb – FOTO
Cəlilabad rayonunda Göytəpə şəhər V.Hüseynov adına 2 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətə düşüb.
Bu barədə “Report”un yerli bürosuna bir qrup valideyn məlumat verib.
Onların sözlərinə görə, məktəbdə istilik sistemi, demək olar ki, yox vəziyyətindədir:
“Məktəbin sinif otaqlarındakı taxta döşəmə çoxdan çürüyüb. Yağış suları sinif otaqlarına dolur. Elə vəziyyət yaranıb ki, təmir işləri aparmaq da qeyri-mümkündür. Aidiyyəti qurumlardan xahiş edirik ki, bu problemin həllinə kömək etsinlər”.
Məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Sektorundan bildirilib ki, problemlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub.
“Sözügedən məktəbdə hazırda 642 şagird təhsil alır. Bu məktəb binası 50 ildən çoxdur ki, istismardadır. Növbəti illərdə məktəb üçün yeni binanın tikintisi gözlənilir”, – qurumdan bildirilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu
Layihəin təqdimatı: "ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI" 30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant...
Cəlilabadda Polis Akademiyasında təhsil almaq istəyən məktəblilərlə görüş keçirilib
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almağı hədəfləyən yuxarı sinif şagirdləri və onların valideynləri ilə akademiyanın nümayəndəsinin iştirakı ilə Cəlilabad...
1iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Cəlilabad rayon UGiM də tədbir keçirilmişd
https://www.youtube.com/watch?v=CWeUs7MMwBU
Məktəblilər üçün yeni layihəyə start verilib
Elm və Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi”nin qalibi olmuş “Vətənpərvər məktəblilər” layihəsinə...
Azərbaycan Müəllimlərin builki sertifikatlaşdırma imtahanının qiymətləndirmə çərçivəsi hazırlanıb
2024-cü ildə təşkil ediləcək təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahan mərhələsinin qiymətləndirmə çərçivəsi hazırlanıb. Bu barədə Cenubtv.az Kanal15-ə istinadən xəbər...
Elm və Təhsil Nazirliyinindən Yeni təyinat.
CENUBTV.AZ xəbər verir ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə Rəşad Əliyev Xırmandalı kənd 2 nömrəli tam orta məktəbin direktor...
Average Rating