Cəlilabad rayonunda dörd avtomobilin toqquşması ilə nəticələnən qəza baş verib.
“Report”un məlumatına görə, hadisə Cəlilabad şəhərinin H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, avtoyuma məntəqəsinin işçisi avtomobil sahibinin etibarından sui-istifadə etməklə BMW markalı minik avtomobilini avtoyumadan götürüb. O, avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törədib və nəticədə zəncirvari qəzaya səbəb olub. Qəza zamanı 4 avtomobil toqquşub.
Qəza nəticəsində sürücülərdən biri, Biləsuvar rayon sakini, 1982-ci il təvəllüdlü Bəhruz Quliyev xəsarət alıb. Yaralı rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.