Daha 10 ailə Ağalıya köçdü
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Fevralın 28-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola salınan 10 ailədən ibarət növbəti köç karvanı Ağalı kəndinə çatıb. 30 ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov qarşılayıb. Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.

Qeyd edək ki, ümumilikdə, bu günə kimi Böyük Qayıdış çərçivəsində Zəngilanın Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb. Ağalıda məskunlaşan sakinlər yüksəkkeyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır.

Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və sair çalışacaqlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şəraiti – dövlət xidmətləri, mərkəzi məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri mövcuddur.
Köç prosesinin növbəti aylarda da davam edəcəyi planlaşdırılır. (FOTO Azərtac)
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü qeyd olundu. VİDEO
https://www.youtube.com/watch?v=5ynJLGTAVqI&t=19s
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Average Rating