Biləsuvarda “Peşə seçimi və karyera inkişafına dəstək” layihəsinin ilk təlimi keçirilib.

Read Time:1 Minute, 7 Second

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Biləsuvar Yeniyetmə və Gəncləri İctimai Birliyi tərəfindən Biləsuvar Gənclər Evində “Peşə seçimi və karyera inkişafına dəstək” layihəsinin ilk təlimi keçirilib.

Tədbirdə layihə rəhbəri Ülvi Həzizadə, layihənin eksperti və Biləsuvar Peşə liseyinin direktoru Əliheydər Əlifli, Gənclər və İdman İdarəsinin nümayəndəsi Elnur Hüseynli, Biləsuvar Gənclər Evinin nümayəndəsi Banuçiçək Mürsəlzadə, layihənin təlimçisi Rafət Şirəliyev, rayondan olan 46 yeniyetmə və gənc iştirak.

Tədbirin əvvəlində iştirakçılara məlumatlandırıcı bukletlər paylanıb.

Daha sonra çıxış edən layihə rəhbəri Ülvi Həzizadə layihənin əhəmiyyəti və təşkilatın regionda göstərdiyi fəaliyyət barədə tədbir iştirakçılarına geniş məlumat verib.

Həmçinin çıxış edən ekspert Ə.Əlifli layihənin gənclərin peşə seçimi və karyera inkişafında uğurlu olacağını bildirmiş və rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi E.Hüseynli və Gənclər Evinin nümayəndəsi B.Mürsəlzadə keçirilən layihəyə müsbət rəy bildirirək, layihənin gedişatına uğurlar arzulayıb.

Çıxışlardan sonra peşəkar təlimçi R.Şirəliyev tərəfindən əsas mövzu kimi, peşə və karyera planlaması, həmçinin fərdi təhlillər, iş bazarının təhlili, işə müraciət qaydaları və təhlili və karyerada peşələr və ixtisaslar və s. mövzularında olan təlimlərə start verilib.

Layihənin əsas məqsədi regionlarda (Biləsuvar, Cəlilabad, Salyan və Masallı rayonlarında) peşə təhsilinə marağın artırılması ilə bacarıqlı gənclərin ixtisaslı peşələrə yiyələnməsini təmin etmək və bu yolla ixtisaslı işçilərin formalaşmasına, işsizliyin azaldılmasına nail olmaqdır.

Sonda iştirakçılara təlimlərdə fəal iştiraklarına görə sertifikatlar təqdim olunub.

Məlumat üçün qeyd edirik ki, layihənin növbəti təlimi 21 fevral tarixində Salyan rayonunda keçiriləcəkdir.

 

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post ANS Press fəaliyyətə başladı Vahid Mustafayevdən yeni addım:
Next post Bakıda fəhlə faciəli şəkildə öldü
?்?. ベ?. watford sports massage & injury studio.