Masallıda 2 gecədə 8 evdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Cenubtv.az-a verilən məlumata görə, Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1 150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub. Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev əsasən yaşayış olmayan evləri seçərək 2 gecə ərzində ümumilikdə 8 evdən məişət əşyalarını oğurlayıb müxtəlif ünvanlarda satıblar. Onların hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Oğuzda 21 yaşlı gəncin faciəli şəkildə öldüyü hadisənin ANBAAN GÖRÜNTÜSÜ
Dünən Oğuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Oxu.Az xəbər verir ki, dünən saat 20:30-da Nihad Namiq oğlu Əlizadə BMW markalı...
Slovakiyada iki qatar toqquşdu: Çox sayda yaralı var
Slovakiyanın şərqində, Koşitse vilayətində iki qatarın toqquşması nəticəsində ən azı 100 nəfər xəsarət alıb. Cenubtv.az xəbər verir ki, bu barədə ölkənin...
ANAMA əməkdaşları olan qardaşlar nişandan qayıdarkən qəzaya düşdülər – BİRİ ÖLDÜ
Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alanlar ANAMA əməkdaşları olublar. Cenubtv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qəzada xəsarət alan qardaşlardan...
Keçmiş qayınatasını öldürüb, avtomobillə üstündən keçdi, qayınanasını bıçaqladı – TƏFƏRRÜAT
Şamaxı rayonunda qayınatasını xüsusi amansızlıqla öldürməkdə, qayınanasını isə bıçaqlamaqda təqsirləndirilən Elbrus Şeydayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.az...
Average Rating