Şağan Olimpiya İdman Kompleksində qətlə yetirilən Yevlaxın Hacıselli kənd orta məktəbinin XI sinifində təhsil alan 2006-cı il təvəllüdlü Turan Rüstəmovun oxuduğu məktəbin direktoru danışıb.

Hadisə ilə bağlı sözügedən məktəbin direktoru Xəlilova Günay “Tehsil.biz”ə açıqlama verib.

Məktəb direktoru T.Rüstəmovun sakit, tərbiyəli, həmçinin məsuliyyətli şagird olduğunu bildirib:

“Turan barədə bu xəbəri heç gözləmirdik. Hansısa mərdiməzarın qurbanı oldu. Məktəbimiz üçün gözlənilməz, acı xəbərdi. Hələ də özümüzə gələ bilmirik. Dərslərinə bacardığı qədər fəal yanaşırdı. İdman dərsinə çox marağı var idi. Tez-tez anasına “çalışıb məşhur idmançı olacağam, çox pul qazanıb səni işləməyə qoymayacağam” deyirdi. Allah rəhmət eləsin!”

 

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir