“Peşə seçimində özünü kəşf et” layihəsinin iştirakçıları müxtəlif peşə sahibləri ilə görüşüb
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeçiliyində olan Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində icra edilən “Peşə seçimində özünü kəşf et ” adlı layihənin icrası davam edir.
Belə ki, “Peşə seçimində özünü kəşf et” adlı layihənin icrasına uyğun olaraq şagirdlər müxtəlif peşə sahibləri ilə görüşüb.
Şagirdlərlə görüşlərdə bənna, aktyor, sürücü, vəkil, idmançı, fotoqraf, elektrik, satıcı, dərzi, pinəçi, həkim, rəssam, polis, şirniyyatçı və bərbər kimi peşə sahibləri iştirak edib.
Görüşlər zamanı peşə sahibləri öz peşələrinin sirrlərini və maraqlı tərəflərini şagirdlərə çatdırıblar. Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihənin məqsədi Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbin 8, 9 və 10-cu sinif şagirdlərini peşə seçiminə düzgün yönləndirmək, onlara doğru yol göstərmək və bu istiqamət üzrə inkişafa nail olmaqdır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
https://youtu.be/TbQSFiNINhs
Cəlilabadda “Hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrilə xəbərdarlıq və toplanış üzrə məşqlər” keçirilmişdir
https://www.youtube.com/watch?v=WFNuzEYRsaM
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib. Cenubtv.az Milli.Az istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən,...
Cəlilabadda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə və təmizlik aksiyası keçirilib video
https://youtu.be/B83fPqajEdc
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzinin Cəlil Nəciyevin uğurları VİDEO
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Diaqnostika Mərkəzində, həkim Cəlil Nəciyevin təqdimatında kardioanqioqrafiya ürəyə girən və çıxan arteriyaların və venoz damarların kontrast...
Average Rating