27 may Cəlilabad rayonun Heydər Əliyev Mərkəzində akad. C.Abdullayev adına Elmi -Tədqiqat Kardiologiya İnstitutu və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilaçılığı ilə elmi-praktiki konfrans keçirilib.
Tədbirin açılışında Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, çıxışında Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanova bakıdan dəvət etdiyi tib kalektivinə görə öz təşəgürün bildird.Elmi-Tədqiqat Kardiolojiya İnstutunun direktoru, t.e.d., professor Gülnaz Dadaşova, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov çıxış ediblər.
Konfrans Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Elmi-Tədqiqat Kardiologiya institutunun direktoru professor Gülnaz Dadaşova, direktor. Elnur Azadxanov, t.ü.f.d.Təranə Cavadova, t.ü.f.d. Firuz İbrahimov sədrirliyi ilə keçirilib.
Təqdim olunan məruzələr böyük maraqla qarşılanıb və onlar ətrafında müzakirələr aparılıb.
Tədbirdə Cəlilabad və ətraf rayonlardan gələn kardioloqlar, terapevlər, reanimatoloqlar, təcili tibbi yardım həkimləri iştirak etmişdir.
Eyni zamanda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün tibbi aksiya keçirilib. Aksiya zamanı rayonlarında yaşayan şəxslər qeyd edilən həssas kateqoriyalardan olan 100-dən çox vətəndaş kardioloji, endokrinoloji, nevroloji və nefrolojı müayinələrdən keçib, EKQ, ExoKQ, USM və qanda şəkərin təyini aparılıb, pasiyentlərə müəyyən tövsiyyələr verilib.
Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicə təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Keçirilən tədbirin məqsədi cənub bölgəsində şəhid və qazi ailələrində ürək-damar xəstəliklərini vaxtında aşkar etmək və onların müayinə və müalicəsini təmin etməklə bərabər bölgə həkimlərinin kardiologiyada olan son nailiyyətlər və yeniliklərlə tanış etməkdir. Sonda şəhid atası və qazi cenubtv.az saytına müsaibə verərək ölkə başçısıAzərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevə və direktor Elnur Azadxanov cənabına öz təşəgürlərini bildirdilər.