Cenubtv.az-ın verdiyi məlumata görə Cəlilabad rayon Veteranlar Təşkilatı Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü münasibəti ilə Veteranlar evində möhtəşəm tədbir keçirdi. Tədbirdə rayon Veteranlar Təşkilatının idarə heyətinin üzvləri, əmək və müharibə veteranları, rayon ziyalılarının və “Qarabağ qaziləri” İctimai Birliyinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman açaraq Ümümmilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışandan sonra qeyd etdi ki, bu gün onun daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik. Dövlətçiliyimizin möhkəmləndirilməsi və respublikamızın tərəqqisi naminə səmərəli fəaliyyət göstərmək, yaşadığımız rayonun inkişafına əməli kömək etmək hamımızın vətəndaşlıq borcumuzdur.
Tədbirdə təşkilatın nəzarət-təftiş komissiyasının sədri Əfrahim Abasov, idarə heyətinin üzvləri Sabir Quliyev, Əsədulla Əliyev, Qurban Əhmədov, “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Maşallah Əliyev, “Cəlilabad ziyalıları ictimai mühitin demokratik inkişafına dəstək”İctimai Birliyinin sədri Əzizxan Əzizxanlı, şəhid atası Əsədxan Həşimov, əmək veteranı Cahangir Rüstəmov, Musalı kənd orta məktəbinin müəllimi Adıgözəl Nuriyev, mədəniyyət işçisi Xeyrulla Şahbazov və bsşqaları çıxış edərək Ulu Öndər Heydər Əliyev haqqında öz ürək sözlərini dedilər, xatirələrini söylədilər. Xüsusi ilə vurğuladılar ki, dünyanı heyran qoyan Ulu Öndərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində həmişə yaşayacaqdır .