Cəlilabad şəhərinə yeni icra nümayəndəsi təyin edilib-Şəhər “meri”-nin dosyesi
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısına Cəlilabad şəhər ərazi dairəsi üzrə yeni nümayəndə təyin edilib.
Cenubtv.az-ın məlumatına görə, bununla bağlı icra başçısı Rafiq Cəlilov müvafiq sərəncam imzalayıb.
Başçının 127 nömrəli Sərəncamına görə bu vəzifəyə Ramil Əmənov təyinat alıb.
Ramil Əmənov kimdir?
Əmənov Ramil Rizvan oğlu 25 aprel 1983-cü ildə Cəlilabad şəhərində anadan olub.
1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır.Bundan sonra Lənkəran Dövlət Universitetinin Magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
R.Əmənov əmək fəaliyyətinə 2009-cu ildə Cəlilabad şəhər 2 nömrəli Natariot Kontorunda məsləhətçi vəzifəsilə başlamışdır.
O,2014-cü ildən “Texno Tədris Mərkəzi”-nin təsisçisi və direktorudur.Bu təhsil müəssisəsi rayon təhsil səviyyəsinin inkafında böyük xidmətləri olmuşdur.Respublikanın ali məktəblərinə tələbə qəbulunun çoxu “Texno Tədris Mərkəz”-nin payına düşür.
Belə ki,bu təhsil mərkəzində 10-larca imkansiz ailələrin övladları,Qarabağ qazilərinin və şəhid ailələrini övladları pulsuz təhsil alıblar.
R.Əmənov həmçinin 2016-cı ildən “Bənövşə” Məktəbəqədər Uşaq İnkişaf Mərkəzinin təsisçisi və direktorudur.
Dəyərli dostumuzu və ziyalımız Ramil müəllimi bu böyük vəzifəyə təyin olunması münasibətilə təbrik edirəm.Ona möhkəm cansağlığı,işlərində uğurlar arzu edirəm.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Tibb Kolleci tələbələrinin birgə əməyi ilə ərsəyə gələn bu möhtəşəm flaşmob gənclərin enerjisini, komanda ruhunu...
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
Average Rating