Milyonçu Bəxtiyar Dalinin zorlamaq istədiyi deyilən qadın müğənni imiş: Təfərrüat – Video

Read Time:1 Minute, 46 Second

Novxanı qəsəbəsindəki bir neçə milyon manatlıq məşhur imarəti ilə tanınan Bəxtiyar Dalinin (Qaraşov) ittiham olunduğu cinayətin təfərrüatı bəlli olub.

Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri ərazisindəki hotel-restoranlardan birində bu ilin iyul ayında baş verib.

Bəxtiyar Qaraşov və onun iki dostu istirahət etmək üçün qeyd edilən obyektə gəliblər. Onlar yeyib-içəndən sonra kabinetə müğənni sifariş veriblər. Bəxtiyarın istirahət etdiyi otağa iki xanım müğənni gəlib.

Bir müddət mahnı oxuduqdan sonra B.Dali onların birindən oriyental rəqs etməsini istəyib.

 

 

İddiaya görə, gənc müğənni bu rəqsi bacarmadığını desə də Bəxtiyar və dostu qadını oriyental rəqs etməyə məcbur eləyiblər. Onlar daha sonra xanıma pul qarşılığında cinsi əlaqə təklifi veriblər. Lakin o, bunu rədd edib.

Bəxtiyar Dali dostlarından birini kabinetdə yeyib-içdikləri xanımlardan biri ilə yola salıb. Bundan sonra B.Qaraşov digər dostu ilə birlikdə kabinetin qapısını bağlayaraq orada qalan xanımı zorlamağa cəhd ediblər. Müğənninin qışqırığına hotel sahibi və işçilər gəliblər, qapını qıraraq qadını xilas ediblər. Hadisə yerinə polis əməkdaşları çağırılıb.

Bəxtiyar Dali hadisə yerində sərxoş vəziyyətdə saxlanılsa da dostu ərazidən qaçıb uzaqlaşa bilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs də saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Samir Əli

Bəxtiyar Dalinin ittiham olunduğu maddələr məlum olub.

Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd) maddəsi ilə yanaşı, 145-ci (qanunsuz azadlıqdan məhrumetmə) maddəsi ilə də ittiham olunur.

Bəxtiyar Dali yeni həbs edilməyib, o, 3 aya yaxındır ki, həbsdədir.

Onun barəsində həbs qətimkan tədbirini Sumqayıt Şəhər Məhkəməsi seçib.

Novxanı qəsəbəsində yerləşən “milyonluq saray”ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib.

Cenubtv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur.

Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliyə qarşı Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

 

 

Məşhur sima hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.

Qeyd edək ki, 66 yaşlı Bəxtiyar Dali uzun illər Rusiyada yaşayıb. Özünün dediyinə görə, hərbi mühəndis olub.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post İrana nüvə zərbəsi endirilsə, Azərbaycanı nə gözləyir? – Foto
Next post Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi – Foto
High purity lyophilized synthetic research peptide synthesized to ≥99% purity for in vitro receptor binding and cellular pathway signaling.. Video advertising in 2025 : how brands are winning with high impact video ads read more » 11/11/2025 2 comments. tech and ai learningwhy most people struggle with technical topicsmany people struggle with technical topics not because they lack intelligence, but because information is poorly structured..