Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI

Read Time:55 Second

Lənkəranda sahibkar həyat yoldaşını xüsusi amansızlıqla döyüb.

Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Boladi kəndində baş verib. Kənd sakini, sahibkar-fermer Anar Məhərrəmov 1994-cü ildə ailə həyatı qurub və onun bu nikahdan 5 övladı dünyaya gəlib.

Bir müddət əvvəl Anar həyat yoldaşı ilə rəsmi boşansalar da, bir evdə yaşamaq qərarına gəliblər.

Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olan Anar ayrı yaşadıqları dövrdə fermadan evinə gəlib və sabiq həyat yoldaşında smartfon telefon görüb. O, telefonu hardan aldığını soruşanda məlum olub ki, cihaz onların övladlarına məxsusdur. Anarla keçmiş həyat yoldaşı arasında buna görə mübahisə düşüb və bu zamanı kişi qadını xüsusi amansızlıqla döyüb. O, qadını saçından tutaraq başını divara çırpıb və yerə yıxıb, daha sonra isə ona ağır təpik zərbələri endirib.

Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən qadının müayinəsi zamanı məlum olub ki, zərbələrdən onun 3 qabırğası qırılıb, baş və bədəninin digər nahiyələri zədələnib.

Hadisə barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Anar Məhərrəmov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq elan olunduğundan cinayət işinə xitam verilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Paytaxtda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı
Join a friendly community of website owners and marketers..