Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı
Pakistanın Lahor şəhərində polis 20 yaşlı Azərbaycan vətəndaşının qrup şəklində cinsi zorakılığa məruz qalması ilə bağlı ərizəsindən sonra cinayət işi açıb.
Cenubtv.Az Pakistan mediasına istinadən xəbər verir ki, gənc qadın biznes məsələləri ilə bağlı təxminən iki həftə əvvəl Pakistana gəlib.
O, polisə verdiyi şikayət ərizəsində bildirib ki, iki qadın ona yaxınlaşaraq birlikdə şam yeməyi təklif ediblər. Onlar kafeyə yollanıblar və orada üç kişi də onlara qoşulub.
Daha sonra həmin şəxslər onu maşınla mənzil başına çatdırmağı təklif ediblər, lakin sonradan naməlum bir ünvana aparıblar. Zərərçəkmişin sözlərinə görə, burada ona tərkibində naməlum, şüuru zəiflədən maddə olduğu ehtimal edilən içki verilib. Bundan sonra üç kişi ona qarşı cinsi zorakılıq törədib.
Qadının ifadəsinə əsasən, zorakılıq gecə boyunca davam edib. Bundan sonra şübhəlilər onu hava limanının yaxınlığında maşından düşürüb ərazidən uzaqlaşıblar. Həmçinin qadının iki bahalı mobil telefonunun oğurlandığı qeyd edilir.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən bütün şübhəlilərin şəxsiyyəti artıq müəyyən edilib və cinayətin törədilməsində istifadə olunduğu ehtimal edilən avtomobili müsadirə olunub.
Hazırda istintaq davam edir və hüquq-mühafizə orqanları şübhəlilərin saxlanılması üçün axtarış tədbirləri həyata keçirir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Paytaxtda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı
Bakıda qətl hadisəsi olub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb. 4...
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Təhlükəsizlik kamerasında hadisə gününün görüntüləri – VİDEO
Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qadının qrup halında zorlanması iddiaları ilə bağlı cinayət işində yeni məqamlar üzə çıxıb. Cenubtv.Az...
Beyləqanda güclü YANĞIN: Bir neçə yaşayış məntəqəsində işıq kəsilib
Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb. Güclü...
Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı
Bakıda gecə klubunun qarşısında qətl törətməkdə təqsirləndirilən Həsən Məcidovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər...
Keçmiş yeznəsini qız adı ilə “TikTok”da aldadıb evə çağırdı
Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Akif Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə...
Bakıda DƏHŞƏTLİ QƏTL: 48 yaşlı qadın evində öldürüldü, əri saxlanıldı
Bakıda ərin arvadını öldürdüyü iddia edilir. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli...
Average Rating