Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO

Read Time:39 Second

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Hicran Məmmədova avqustun 31-də evdən çıxıb və bir daha geri qayıtmayıb.

Cenubtv.Az Baku TV-yə istinadən xəbər verir ki, yaxınlarının sözlərinə görə, qadın sonuncu dəfə yaşadığı əraziyə yaxın yerdə görülüb.

Onun evdə üç azyaşlı övladı qalıb. İtkin düşən şəxsin qardaşı Taleh Məmmədov bildirib ki, evdən gedərkən bacısının çiynində məktəbli çantası, əynində isə qara rəngli geyimlər olub.

 

 

Ərazidə qoyun otaran azyaşlılardan biri isə həmin gün itkin düşən qadını gördüyünü bildirib:

“Biz fermaya qoyun otarmağa getmişdik. Üç nəfər idik. Orada onu gördük. Bizi görəndə qaçdı. Mən də tez gəlib nənəmə xəbər verdim”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə həmin şəxs axtarışa verilib. Hazırda qadının tapılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Novxanı-Pirşağı yolunda ağır qəzaya düşən sürücülərin ADLARI AÇIQLANDI – FOTO/VİDEO
Next post Pakistanda azərbaycanlı qadına qarşı DƏHŞƏT: Üç kişi tərəfindən zorlandı
nordicnodes free tools to grow your website & social media..