Tatarıstana PUA hücumu: Ölənlərin sayı durmadan artır – matəm elan olundu – VİDEO

Read Time:1 Minute, 48 Second

Nijnekamska edilən pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 75 nəfər tibbi yardıma ehtiyac duyub.

Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, müvafiq açıqlama ilə Tatarıstan rəhbərliyinin mətbuat xidməti çıxış edib.

Bildirilib ki, hücum nəticəsində 13 nəfər həyatını itirib. “Həkim köməyi üçün 75 şəxs müraciət edib ki, onlardan da 21-i tibb müəssisəsinə yerləşdirilib”, – deyə açıqlamada qeyd olunub.

Tatarıstanın Nijnekamsk şəhərinə pilotsuz uçuş aparatlarının (PUA) endirdiyi zərbələr nəticəsində 12 nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

bu barədə jurnalistlərə Tatarıstan rəhbərliyinin mətbuat xidmətindən açıqlama verilib.

“Əldə olan son məlumatlara əsasən, Ukrayna Silahlı Qüvvələrinin Nijnekamsk ərazisinə PUA-larla təşkil etdiyi hücum 12 nəfərin ölümü və 39 nəfərin yaralanması ilə nəticələnib. Yardıma ehtiyacı olan və müraciət edən bütün şəxslərə lazımi tibbi xidmət göstərilməkdədir”, – deyə açıqlamada qeyd olunub.

İlkin məlumatlara əsasən, həyata keçirilən PUA hücumu nəticəsində Tatarıstanın Nijnekamsk şəhərində 10 nəfər həyatını itirib, daha 15 şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Cenubtv.Az xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.

Şəhərin meri Radmir Belyayev bildirib ki, Ukrayna dronlarının kütləvi hücumları hazırda da davam edir və zərbələr həm sənaye infrastrukturuna, həm də mülki obyektlərə endirilir.

Avqustun 10-da səhər saatlarında Rusiyanın Tatarıstan Respublikasında partlayış səsləri eşidilib. Yerli sakinlər xüsusilə Nijnekamsk şəhərində pilotsuz uçuş aparatlarının (PUA) hücumu barədə məlumat veriblər, sosial şəbəkələrdə isə neft emalı zavodunun hədəfə alındığı yazılıb.

İlkin məlumatlara əsasən, şəhər sakinləri dronların uçuşunu müşahidə edib və partlayış səsləri eşidiblər. Qısa müddət sonra internetdə hadisəni əks etdirən görüntülər yayılmağa başlayıb.

Tatarıstan rəhbərinin mətbuat xidməti isə öz növbəsində Nijnekamsk şəhərinə edilən kütləvi PUA hücumu nəticəsində insan itkisinin olduğunu bəyan edib.

“Nijnekamsk şəhərinə kütləvi hücum davam edir. Həm istehsalat, həm də mülki obyektlər hədəfə alınır. Təəssüf ki, həlak olanlar var”, – deyə rəsmi açıqlamada qeyd olunub.

Bundan başqa məlumatda qeyd olunub ki, Nijnekamskda hadisə ilə əlaqədar olaraq regionda matəm elan edilib.

Qeyd edək ki, Nijnekamsk Rusiyanın ən mühüm neft emalı mərkəzlərindən biri hesab olunur. Bu ərazidə “TANEKO” və “TAIF-NK” kimi iki nəhəng neft emalı müəssisəsi fəaliyyət göstərir. Sözügedən zavodlar neftin və qaz kondensatının emalı üzrə ixtisaslaşıb.

Rusiyanın yanacaq-energetika infrastrukturunun əsas obyektləri sayılan bu müəssisələr daha əvvəllər də dəfələrlə dron hücumlarına məruz qalıb.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı: Bir nəfər axtarışa verildi – FOTO
Next post Sakinlər imdad dilədilər: “Ən pis yer-yurd buradır, səsimizi çatdırın” – VİDEO
Discover the potential of amazon liquidation pallets with host liquidation. We offer samsung mixed phones & watches , tabs. Dieses produkt weist mehrere varianten auf.